“Kimisə boynuma götürmürəm ki...” - Pərviz Damladan uzaqlaşma səbəbindən danışdı - VİDEO

“Kimisə boynuma götürmürəm ki...” - Pərviz Damladan uzaqlaşma səbəbindən danışdı - VİDEO

Mən keçən müsahibələrimin birində dedim ki, Damla xanımla oxuyanda aydınlıq gətirməmişdim niyə görə oxuyuram. Oxumayanda da məcbur deyiləm ki, açıqlmasını verim.

Hurriyyet.org xəbər verir ki, bu sözləri ARB TV-nin "Günə son" proqramına açıqlaması zamanı meyxana ustadı Pərviz Bülbülə deyib.

Artıq Damla ilə oxumadığını dilə gətirəm meyxana ustadı məsələni bu cür izah edib:

"Sadəcə, ola bilər ki, limit doldu. Yəni mən kimisə boynuma götürmürəm ki, həmişə bununla oxuyum, həmişə belə olsun. Xeyr. Sadəcə olaraq, alınmışdı. Amma mən bir şeyi sual vermək istəyirəm bu söhbəti çıxardanlara. Kim və ya hansı izləyici mənə deyə bilər ki, mənim sırf Damla xanımla duetim var.

Damla xanım oxuyub, mən də şeir demişəm. Kim mənə gətirib mp3 vəziyyətdə qabağıma duet qoysa ki, Pərvizlə Damla. Amma Damla xanım çox müğənnilərlə duet oxuyub. Uğurlu məndə alınıbsa, demək, mənim üçün fərqi yoxdur, mənim fərqim var. Mənə elə gəlir ki, belədir".

Loading...

QALEREYA