Kirayə verilən bakirə qızlar, çılpaq qadınlar, hovuzda öldürülən prezident və... - İRANIN QARANLIQ ÜZÜ

  • 2019-01-23 17:27:59
  • |
  • Region /

Kirayə verilən bakirə qızlar, çılpaq qadınlar, hovuzda öldürülən prezident və... - İRANIN QARANLIQ ÜZÜ

Bir həftəlik siğənin məbləği bakirə qızlara hüdudən 70 min tümən və boşanmış, dul qadınların qiyməti onların yaşından asılıdır”.

Bu elanla İran saytlarında tez-tez rastlaşa bilərsiniz. Siğə məsələsinə, əslində “qadınların kirayələnməsinə” bu ölkədə nə qədər “dini don” geyindirilsə də, ortada əxlaqsızlıqdan tutmuş, insan alverinə qədər bir sıra amillər var. Ən maraqlısı isə bütün bunların rəsmi qayada edilməsidir. İranda rəsmilərin, dini liderlərin, o cümlədən, varlı şəxslərin övladlarının gündüz və gecə həyatları arasındakı fərq bu ölkənin “qaranlıq üzünü” aydınlaşdırır.

Zaman-zaman İrandan region ölkələrinə, xüsusilə Azərbaycana əxlaq çağırışları edilir. Bu günlərdə İran Milli Televiziyası – İRİB-ə bağlı “Parstoday” saytının Azərbaycanda geyim tərzindən bəhs etməsi, rəsmi şəxslərin görüşlərdə geyindikləri paltarların İslama uyğun olmaması və bunun ölkədə narazılıq yaratdığı haqqında iddialar irəli sürməsi fonunda teokratik rejimin idarə etdiyi İranın qaranlıq üzündə gizlədilən gecə həyatını gündəmə gətirdi. Hərçənd, Azərbaycan dünyəvi idarəçiliyin olduğu ölkədir və hər kəs həyat və geyim tərzində azaddır. Buna rəğmən, İranın görünməyən üzü ilə müqayisədə Azərbaycanda insanlar İslama əsaslanan mental dəyərlərə uyğun yaşayır.

Azərbaycanın həyat tərzinə dil uzadan “Parstoday” və onu “danışdıranların” diqqətini bəzi xatırlatmalara çəkmək lazımdır:

Rəfsəncani necə öldürüldü, Ruhani nə ilə təhdid olunur?



2017-ci ilin 8 yanvar tarixində Əli Əkbər Haşimi Rəfsancani öldü. Diaqnoz “ürək tutması” idi və o yaşda birisi üçün belə ölüm təbii qarşılandı. Lakin bu ölümdən təxminən 1 il sonra Rəfsancaninin köməkçisi Gülamali Recay keçmiş prezidentin sui-qəsd nəticəsində öldürüldüyünü açıqladı, qızı Fatma Haşimi də atasının öldürüldüyü iddiası üzərində dayandı. 1989-1997-ci illərdə İran prezidenti olmuş Rəfsancaninin yoxluğu İranda böyük itki elan olunsa da, onun öldürülməsinin arxasında nələrin olduğu hələ də müəmmalıdır. Əsas versiyalar Rəfsancaninin İran daxilində dini qüvvələrin mübarizəsinin qurbanı olduğu üzərində idi, lakin onun məhz hovuzda boğularaq öldürülməsi iddiası başqa bir detalı ortaya çıxardı: İranın teokratik rejiminin qaydalarının çeynənməsi və əxlaq qaydalarının tapdanması.



Və versiyalar Rəfsancaninin öldürülməsində diqqəti İran mollalarının üzərinə yönəltdi. Ayətullahlar islahatçı lideri əxlaq məsələlərinə əməl etmədiyi üçün hovuzda boğdurublar. İran prezidenti Həsən Ruhani də eyni taleyi yaşayacağına dair təhdid olunub. Faktlar, İran hakimiyyətində təmsil olunanların İslam rejimi qurduqlarını dedikləri halda islami həyat tərzi keçirmədiklərini göstərir. Lakin təkcə gizli eyş-işrət məclislərinin qurulması yox, rəsmi qaydada “qadınların kirayələnməsi”nin həyata keçirilməsi də bu ölkədə islami həyat tərzinin vəziyyətini göstərir.

“Seks turizmi” və kirayə qadınlar

İran hökumətinə bağlı saytlarda rast gəldiyimiz bir elan bu ölkədə qadın alverinin qanuni şəkildə həyata keçirildiyini sübut edir.



Elanda deyilir: “İmam Rzanın ziyarətinə gələn qardaşların rifahı və onların müqəddəs Məşhəddə olduqları zaman ərzində halal yolla cinsi ləzzət aparmaq üçün Xorasan vilayəti bakirə və ərindən boşanmış bacıların siğəsi üçün bir mərkəz yaradıb. Bu mərkəzin əsl qərargahı İmam Rzanın hərəmində yerləşir. Bu mərkəzin idarəçiliyi Hacı Ağa Kəriminin öhdəsindədir. Siğənin müddəti ziyarətçinin Məşhəddə olduğu zamana bağlıdır. Ziyarətə gələn qardaşlar bir günlük - bir həftəlik siğə üçün siğə mərkəzinin icarə verdiyi yerlərdən istifadə edə bilərlər. Əgər siğənin müddəti bir həftədən artıq olsa, yer tapmaq qardaşların öz öhdəsinədir. Bir həftəlik siğənin məbləği bakirə qızlara hüdudən 70 min tümən və boşanmış, dul qadınların qiyməti onların yaşından asılıdır. Bu bildirişin sonunda, siğə ilə maraqlanan bacıların diqqətinə çatdırılır ki, onlar bu işləri ilə mənəvi feyzdən əlavə, yəni ziyarət edən qardaşlara uyğun şərait yaradırlar ki, harama düşmədən rahat xəyalla ziyarət edələr və həmin qadınların həm də özlərini təmini etmək üçün pul qazanalar. Qadınlardan tələb olunur ki, özlərinə aid olan məlumatı, yəni yaş, bakirəlik haqqında və bir ayaq üstə çəkilmiş şəkli siğə mərkəzinə göndərələr”.

Belə elanlara kifayət qədər rast gəlmək olar, xüsusilə Məşhəd ziyarətləri zamanı bu elanlar kütləvi şəkildə yayımlanır. İran mollalarının iddialarına baxmayaraq, İslamın müqəddəs kitabı Quranda siğə haqqında heç bir məlumat yoxdur. İranda isə siğəyə dini don geyindirilir və dini ziyarətlər zamanı müxtəlif ölkələrdən gələn kişilərə qadın kirayələmək imkanı yaradılır. Buna dünya təcrübəsində “seks turizmi” deyilir. İrana səyahət edənlər bu ölkədə hökumət tərəfindən xüsusi şəhərciklər yaradıldığı və bu şəhərciklərdə qadınların satıldığını görə bilərlər.

İranda sadə insanlaran şəriət qaydalarına uyğun yaşaması tələb olunsa da, varlıların Mayami gecələrinə bənzər həyat tərzi də diqqət çəkir.



“Rich Kids Of Tehran” (“Tehranın varlı uşaqları”): İnstaqramda mövcud olan bu səhifə İranda piramidanın təpəsində yer alan varlıların övladları tərəfindən yaradılıb. Onlar özlərinin gündəlik həyatları haqqında fotolar çəkərək, bu səhifədə paylaşırlar. Fotolardan İranın “varlı balaları”nın necə yaşadığı, hansı geyimlərdən istifadə etdiyi və bütün bunların İslama nə qədər uyğun olduğu aydın görünür.



Bütün bunların fonunda Azərbaycana əxlaq dərsi keçmək istəyən “Parstoday” İranın qaralıq üzünü işıqlandırsa, bəlkə bu ölkə “ağ günə” çıxar./publika.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA