Kirəclənmiş damarları təmizləyən 7 FAYDALI MƏHSUL

Kirəclənmiş damarları təmizləyən 7 FAYDALI MƏHSUL

Damarlarda xolesterinin yığılması ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.

Bəzi qida məhsulları var ki, bu məhsullar orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, damarları xolesterindən təmizləməyə yardım edir.

Mütəxəssislər bu məhsulları qidalanmaya daim daxil etməyi tövsiyə edirlər. Sizə bu məhsulların siyahısını təqdim edirik:

1. Sarımsaq

Bu tərəvəzi hətta "təbii statin" adlandırırlar. (Statinlər orqanizmdə xolesterinin səviyyəsini salan dərman preparatlarıdır.) Mütəxəssislər hər gün 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər.

2. Zeytun yağı

Faydalı xüsusiyyətlərinə görə zeytun yağına "duru qızıl" deyilir. Zeytun yağı nəinki orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, həmçinin damarlarda iltihabı da azaldır. Bu xüsusilə vacibdir ki, xolesterin sağlam damarlarda deyil, iltihablaşmış damarlarda yığılır.

Mütəxəssilər hər gün 1 x.q. zeytun yağını istehlak etməyi tövsiyə edirlər. Yağı salatlara, hazır yeməklərə əlavə etmək daha faydalıdır.

3. Badam

Bütün çərəzlər damarların sağlamlığına müsbət təsir edir. Bu onların tərkibində olan Omeqa3 və Omeqa6 yağlı turşularla izah olunur. Bu mənada damarlar üçün ən faydalı çərəz badam sayılır.

4. Nar

Nar xolesterinin səviyyəsini aşağı salan, damarları təmizləyən ən güclü təbii vasitələrdən biridir.

5. Sarıkök

Sarıkökün faydaları saymaqla bitmir. Bu möcüzəvi ədviyyat həmçinin xolesterinin səviyyəsini aşağı salaraq damarların kirəcləşməsinin qarşısını alır.

6. Balıq

Yağlı dəniz balığı polidoymamış yağ turşuları ilə zəngindir. Bu yağ turşuları orqanizmdə xolesterini aşağı salır və həmçinin damarlarda iltihabı azaldır ki, bu da xolesterinin damarlarda yığılmasına mane olur.

Qida mütəxəssisləri həftədə 1-2 dəfə balıq yeməyi tövsiyə edirlər.

7. Göyərti (cəfəri, kahı, ispanaq, təzə sarımsaq və s.)

Karotinoidlər, lütein və həll olunmayan qidalı liflərlə zəngin olan göyərti orqanizmdə xolesterinin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Lakin müalicəvi effekt almaq üçün göyərtini hər gün yemək lazımdır.\\Saglamolun.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA