Kişi arvadını öldürdü - Bakıda DƏHŞƏTLİ QƏTL - YENİLƏNİB

Kişi arvadını öldürdü - Bakıda DƏHŞƏTLİ QƏTL - YENİLƏNİB

Bakıda ər arvadını qətlə yetirib.

DİN Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

***

Bakıda kişi arvadını qətlə yetirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 49 yaşlı Tufan Qurbanov həyat yoldaşı 40 yaşlı Lalə Qurbanovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

T.Qurbanov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA