Kişi ürəyində diş çöpü ilə 4 il yaşayıb - Tibbdə kuryoz olay

Kişi ürəyində diş çöpü ilə 4 il yaşayıb - Tibbdə kuryoz olay

Dünyada ilk dəfə ürəkdən diş çöpü çıxarılması əməliyyatı icra olunub.

Çinin 29 yaşlı sakini Çjou xəstəxanaya 40 dərəcə hərarətlə gətirilir.

Diaqnostikada onun sağ ağciyərində kölgə, eləcə də ürəyində iltihab ocağı aşkarlanır.

Əməliyyat zamanı isə cərrahlar ürək kamerasında 6 sm-lik diş təmizləyən çöp aşkarlayır. Hesab olunur ki, çöp nəfəs yoluna düşərək, sağ ağciyər payının divarını deşib, ürəyin kamerasında ilişmişdir.

Sonradan gənc etiraf edib ki, həmişə öz qədəhinin içinə bir dişçöpü atırdı ki, qədəhi səhv düşməsin. Diş çöpü elə içki içərkən diş çöpü nəfəs yoluna düşüb.

Hadisə 4 il əvvəl baş verib. Bu vaxta kimi dəfələrlə halı pisləşən xəstəyə müxtəlif həkimlər səhv diaqnoz qoyublar. Kimi onu ağciyər iltihabından, kimi də sepsisdən, kimi də virusdan müalicə edib. Bu müalicələrə onun 400.000 dollar xərci də çıxıb.

Nəhayət ki, həyati təhlükəni atladaraq, ürəyində ilişib qalmış yad cisimdən xilas oldu. Daha sonra həkimlər onu ürək və ağciyərlərin iltihabı əleyhinə müalicə yazıblar. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA