Kişilərə reproduktiv tibbi yardım olunacaq- Azərbaycanda yeni xidmət

Kişilərə reproduktiv tibbi yardım olunacaq- Azərbaycanda yeni xidmət

Azərbaycanda kişi reproduktiv xəstəlikləri ilə bağlı tibbi yardım sistemi yaradılacaq.

"Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində bu nəzərdə tutulur.

Sənədin 5-ci maddəsində (Kişilərin reproduktiv sağlamlığının qorunması) qeyd edilib ki, kişi əhalinin reproduktiv sağlamlığının qorunmasına nəzarət olunması, kişi reproduktiv sistemi xəstəliklərinin müayinə və müalicəsinin təşkili məqsədi ilə tibbi yardım sistemi yaradılacaq.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasında müzakirə ediləcək.\\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA