Klinton geri çəkildi, Tramp yenidən prezident ola biləcək?

Klinton geri çəkildi, Tramp yenidən prezident ola biləcək?

Zərdüşt Əlizadə: “Trampın liberal dəyərlərə söykənən siyasəti heç də uğursuz deyil”

“Amerikada seçki qabağı mürəkkəb vəziyyət yaranıb”

Gələn ilin noyabrın 3-də ABŞ-da 59-cu prezident seçkiləri keçiriləcəyi üçün artıq indidən namizədlərin kimliyi müzakirə olunur. Son seçkilərdə ABŞ Prezidenti Donald Trampla yarışda məğlub olan keçmiş dövlət katibi Hillari Klinton 2020-ci ildə yenidən prezident seçkilərində iştirak etmək niyyətində olsa da, o, dünən 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

Məlumata görə, xanım Klinton bundan sonra yazıçı, aktivist və nənə kimi həyatından zövq almağa çalışacağını qeyd edib.

Amma 2016-cı il seçkilərində Demokrat partiyası daxilində Hillari Klintonun rəqibi olmuş, lakin yarışmada ona uduzmuş senator Berni Sanders 2020-ci il prezident seçkilərində Demokrat partiyasının vahid namizədi olacağına və hazırkı prezident Donald Trampa qalib gələcəyinə əmin olduğunu bildirib. Hətta görüşlərin birində minlərlə tərəfdarı qarşısında şövqə gələn Berni Sanders onlara həm Demokrat Partiyasının namizədinin qalib olması, həm də Birləşmiş Ştatlar tarixində ən təhlükəli prezident olan Donald Trampın məğlubiyyəti üçün aparılacaq kampaniyanın iştirakçısı olduqları üçün təşəkkür edib.

Amerikalı senator onun kimi düşünən insanların köməyi ilə ölkəni yenidən quracağına, iqtisadiyyatı düzəldəcəyinə, həmçinin əhalinin 1%-lik zəngin kəsimi üçün deyil, bütün xalqa işləyəcək hokuməti formalaşdıracağına söz verib.

Qeyd edək ki, Berni Sanders Demokrat Partiyasının sol qanadının lideri hesab olunur. Demokrat senator Berni Sandersdən əvvəl isə ABŞ-ın prezidenti vəzifəsinə seçilmək niyyətini artıq bir sıra demokrat açıqlayıb. Onların arasında Nyu-York ştatından olan senator Kirsten Cillibrand, San Antonio şəhərinin (Texas ştatı) sabiq meri, Barak Obama Administrasiyasında mənzil tikintisi və şəhər inkişafı naziri vəzifəsində çalışmış Culian Kastro da var.

Onu da nəzərə çatdıraq ki, Demokratlar Partiyasının prezidentliyə namizədinin rəsmi olaraq irəli sürüləcək qurultayı 2020-ci il iyulun 13-dən 16-dək keçiriləcək.

“Klintonun prezident olmaq şansı Trampla yarışdığı vaxt idi”

Картинки по запросу Zərdüşt Əlizadə

Keçmiş dövlət katibi Hillari Klintonun 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə veridiyi açıqlamasına münasibət bildirən politoloq Zərdüşüt Əlizadə “Hürriyyət”ə dedi ki, Klintonun prezident olmaq istəyi var, amma görünür, sonra o, gerçəkliyi, imkanlarını daha dərindən təhlil edib, şəraiti qiymətləndirib, məsləhətləşib və ona deyiblər ki, bu dəfə sənə şans yoxdur: “Ona görə, üzüsülu deyib ki, bu dəfə mən yarışda iştirak etməyəcəm. Amma Demokrat Partiyasından Berni Sanders, o cümlədən yeni nəsil siyasətçilər öz namizədliklərini veriblər. Klinton da hesablayıb, görüb yaşı 70-i keçib, hər şeyin həddi var, onun prezident olmaq şansı Trampla yarışdığı vaxt idi, o vaxtı keçmədi, alnmadı. Halbuki, o, Trampdan 3 milyon çox səs qazanmışdı, amma Amerikanın seçki sisteminin özəlliklərinə görə Tramp qalib gəldi. İndi isə yəqin o, hesab etdi ki, daha bundan sonra seçkidə iştirak etməyə dəyməz. Amma müdrik qərardır, özü də deyir “nənəyəm, kitab yazıram”, yəni həyatın prezident olmaqdan başqa digər ləzətləri, maraqları da var”.

“Tramp iqtisadiyyatda uğurlar qazanıb, prezident kimi özünü təsdiq edib”

“Namizədliyini irəli sürən Berni Sanders Demokrat Partiyasının vahid namizədi olacağına və hazırkı prezident Donald Trampa qalib gələcəyinə əmin olduğunu bildirib. Bu mümkündürmü” sualına Z. Əlizadə belə cavab verdi: “Onu heç kəs deyə bilməz, o bizdəki kimi deyil ki, İlham Əliyev desin ki, xanımım vitse-prezident olacaq, hamı da əl çalsın. Amerikada başqa cürdür. Amerikada müxtəlif qruplar var, hamısının da maraqları, resursları var, demokratik oyun gedir. Bəzən toqqadan aşağı vururlar, bəzən toqqadan yuxarı vururlar, canlı siyasi mübarizə gedir. Ona görə, Sanders prezident olacaq, olmayacaq demək çətindir. Çünki onun da yaşı 70-i keçib. Amma hər halda ümid edirik, o dəfə Demokrat Partiyası qanunsuz şəkildə onun namizədliyini Klintonun xeyrinə vurmasaydılar, onda Berni Sanders namizəd olacaqdı və Trampı 100 % udacaqdı. Ona görə, Demokrat Partiyası səfehlik etdi, qrup, partiya maraqlarını xalqın maraqlarından üstün tutudu, Klintonu dəstəklədilər və uduzdular. İndi bu dəfə Berni Sanders hesab edir ki, revanş götürə biləcək. Keçən seçkilərdə onun qələbəsi bütün mütəxəssislərdə heç bir şübhə doğurmurdu. Amma indi şərait dəyişib, Tramp iqtisadiyyatda uğurlar qazanıb, prezident kimi özünü təsdiq edib, artıq onun impicmentindən söz getmir. Ola bilsinlər yenə məsələni qaldırdılar. Amma hər halda Tramp daha güclü rəqibdir. İndi Berni Sanders qalib gələcək, gəlməyəcək, onu allah bilir, amma keçən dəfə gələcəkdi”.

“Kim qalib gələcək, onu Allah bilir”

“Berni Sandersin dedyi kimi, Tramp hökuməti Amerika xalqına deyil, 1 faizlik zəngin kəsim üçün işləyir ” sualını isə Z. Əlizadə belə cavablandırdı: “Berni Sandersin dedikləri düzdür, amma o 1% də qalan xalq üçün səmərəli işləyir, iqtisadi göstəricilər yaxşılaşıb, gəlirlər artıb, isisizlik azalıb və. s. Bu, göstərir ki, Trampın liberal dəyərlərə söykənən siyasəti heç də uğursuz deyil. Sanders Amerikanın iqtisadiyyatını daha ictimaliləşmə, sosiallaşma xəttində görür, Tramp isə varlılara işləyib, qazanmaq şəraiti yaratmaqda görür. Görünür, bu iki siyasi xətt arasında mübarizə gedəcək. Kim qalib gələcək, onu Allah bilir. Tramp hələlik pis deyil. Amerika iqtisadiyyatı üçün müsbət nəticələr əldə edib. İlk dəfə prezidentliyə gedəndə hamı ona şübhə edirdi, amma indi onun ikincə dəfə prezidentliyə getmək hüququnu heç kəs inkar etmir, amma dəstək qazanacaq, qazanmayacaq, bu, başqa məsələdir, onu artıq amerikan xalqı deyə bilər, bunu heç kəs indidən deyə bilməz”.

“Yəhudi milyarder Blomberg öz namizədliyini verəcəyini deyib”

“Bildiyimiz kimi, Amerikada yəhudi lobbisi güclüdür, Trampın da onlarla münasibəti çox yaxşıdır. Yəhudi lobbisinin Trampa dəstək verəcəyini düşünürsünüzmü” suaılna gəlincə, politoloq “xeyr” dedi: “Çünki yəhudi milyarder Blomberg öz namizədliyini verəcəyini deyib. O təmiz yəhudidir, amma Tramp yəhudi deyil, sadəcə yəhudilərə rəğbət bəsləyir, lakin kürəkəni yəhudidir. Blomberq artıq öz namizədliyini verəcəyini deyib, ondan başqa daha güclü bir milyarder də namizədliyini verəcəyini deyib. O da ola bilsin namizədliyini versin. Odur ki, Amerikada seçki qabağı mürəkkəb vəziyyət yaranıb. Heç kəs deyə bilməz ki, Tramp seçiləcək, ya seçilməyəcək. Həllə Müllerin namizədliyi açıqlancaq. Amma, o nə dərəcədə ciddi insandır, seçkilərdə Trampa zərbə vuracaqmı, vurmayacaqmı, onu demək çətindir”.

“Adətən Amerika tarixində prezidentlər iki dəfə seçilib” dedikdə Z. Əlizadə belə söylədi: “ Elə şey yoxdur. Cerald Ford, Ceyms Karter, Lindon Conson bir dəfə prezident oldu. Bu, dəmir qanun deyil”.

“Bu, əssasız bir iddiadır”

“Bildiyimiz kimi, ötən prezident seçkisində Rusiyanın dəstəyi ilə Trampın seçki saxtakarlığı etməsi kimi iddialar səsləndi. Bu dəfəki seçkilərdə Rusiyanın Trampı dəstəkləməsi ehtimalı varmı” sualına isə Z. Əlizadənin cavabı bu cür oldu: “Bu iddialar əssasız iddialardır. Əgər Rusiya əli yağlıdırsa, başına çəksin. Rusiyanın Amerikada seçki prosesinə heç bir təsir imkanı yox idi. Sadəcə, bunu Trampa qarşı bir siyasi alət kimi istifadə edirlər. Bu, əssasız bir iddiadır. Mən əsla bunun ciddiliyinə inanmıram. Sübut kimi “feysbuk”da 3-4 status göstərilir. Bu, ayıb deyil? O boyda Amerika kimi nəhəng dövlətdə 3-4 status seçkilərdə nəticələrə təsir edə bilər? Bu, mümkün deyil”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA