Koçaryan həbsxanadan Qarabağla bağlı BƏYANAT YAYDI

  • 2019-02-20 16:47:27
  • |
  • Aktual /

Koçaryan həbsxanadan Qarabağla bağlı BƏYANAT YAYDI

Ermənistanın yeni hakimiyyəti Ermənistanın və "Qarabağın" əsaslarını vurur.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın yaydığı müraciətdə belə deyilir.

R.Koçaryanın sözlərinə görə, "Qarabağ hərəkatı erməni xalqının tarixində, qısamüddətli maraqları rəhbər tutan adamların onu azaltmağa çalışmasından asılı olmayaraq, əsas rol oynayır".

"Daxili siyasi və geosiyasi qarışıqlıq nəticəsində hakimiyyətə gələn insanlar uzun müddətdir Ermənistan və Qarabağın təməllərinə güclü zərbələr vururlar", - deyə R.Koçaryan yazıb.

Onun sözlərinə görə, bu insanlar məqsədyönlü şəkildə milli birlik və ordunun ruhunu zəiflətməyə çalışırlar.

“Ermənistan və Qarabağ qarşısında duran çağırışlar günbəgün gücləndiyindən özümüzə gəlməyimiz lazımdır. Onlara qarşı durmaq üçün inkişaf və birlik konsepsiyasına ehtiyac var", - Koçaryan vurğulayıb.

Eyni zamanda, o əlavə edib ki, bir neçə diletantın ölkəni təcrübə-sınaq meydanına vevirmələrinin ağır nəticələrini aradan qaldırmaq mümkün olmaya da bilər.

Daha əvvəl Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi bildirmişdi ki, Robert Koçaryanın və Yuri Xaçaturovun işləri üzrə istintaq yekunlaşıb. İkinci prezidentə, KTMT-nın baş katibi vəzifəsindən geri çağırılmış Yuri Xaçaturova, keçmiş müdafiə naziri Seyran Ohanyana və keçmiş baş nazir müavini Armen Gevorkyana qarşı materiallar toplanıb.

Xüsusi İstintaq Xidməti 26 iyul 2018-ci ildə R.Koçaryana qarşı, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA