“Köhnə SCADA çökdü, yenisi qurulur...” - OSMAN GÜNDÜZ

  • 2019-03-19 16:37:05
  • |
  • Ölkə /

“Köhnə SCADA çökdü, yenisi qurulur...” - OSMAN GÜNDÜZ

"Azərenerji" ASC tərəfindən cəmi bir neçə il əvvəl qurulmuş köhnə SCADA sistemi qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi və çökdü. Həm də cəmi bir neçə il öncə qurulan SCADA-nın texnoloji cəhətdən də köhnəldiyi bildirilirdi.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz özünün Facebook səhifəsində yazıb.

SCADA sistemi elektrik enerjisi sisteminin avtomatik idarə edilməsini nəzərdə tutur və ötən il Mingəçevir İES-də baş vermiş qəzada bu sistem işləmədi, nəticədə qəza zəncirvari xarakter alaraq bütün ölkənin işıqsız qalması ilə nəticələndi.

 

O.Gündüz yazır ki, Dünya Bankının layihəsində 3 Dispetçer Məntəqəsi nəzərdə tutulsa da “Azərenerji” ASC-nin rəhbərliyində dəyişikliyin edilməsindən sonra məlum olub ki, yalnız ortabab səviyyədə bir dispetçer məntəqəsi var və o da real vaxt rejimində enerji sistemini idarə etməyə imkan verməyib.

“Yeni SCADA 30 elektrik stansiyasını və 150-yə yaxın yarımstansiyanı əhatə etməlidir. Yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Digər , qonşu ölkələrin uyğun sistemlərinə inteqarsiya olunacaq. Artıq məsləhətçi şirkət müəyyən edilib, ciddi audit aparılıb və görüləcək işlər müəyyən olunub. Yeni sistemin 1 il ərzində qurulacağı gözlənilir»-ekspert yazıb.

Onun bildirdiyinə görə, yeni SCADA –nın qurulması üçün cari ay ərzində xarici şirkətlərin də iştirakı ilə tenderin elan olunacağı gözlənilir.

O.Gündüz xatırladır ki, köhnə SCADA üçün əvvəlcə SİEMENS –lə iş birliyi qurulsa da sonradan hansısa bir fransız şirkəti tenderi udmuşdu.

“Nəticəsi də artıq məlumdur. Ümid edirəm ki bu dəfə tender şəffaf və ədalətli formada keçiriləcək”-o qeyd edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA