Kolumbiya-Veneseula sərhədində atışma dayandı – ABŞ-ın çevrilişçilərə yardım cəhdi

  • 2019-02-25 12:25:47
  • |
  • Dünya /

Kolumbiya-Veneseula sərhədində atışma dayandı – ABŞ-ın çevrilişçilərə yardım cəhdi

Hurriyyet.org xəbər verir ki, Venesuela-Kolumbiya sərhədindəki iki beynəlxalq körpüdə şənbə günü baş vermiş güclü atışmalardan sonra nisbi sakitlik bərqərar olub. Bazar günü baş vermiş kiçik miqyaslı gərginliklər nəzərə alınmasa, bölgədə sakitikdir.

Özünü Venesuelanın müvəqqəti prezidenti elan eləmiş çevrilişçi Xuan Quaydonun lideri olduğu müxalifətçilərə ABŞ tərəfindən “humanitar yardım” adı altında göndərilən yükün ölkəyə daxil olması dövlət tərəfindən qadağan edildiyi halda, zorla buna cəhd göstərildiyi üçün, fevralın 23-də Simon Bolivar və Fransisko de Puala Santander körpülərində güclü atışma baş verib.

ABŞ Kolumbiya sərhədi vasitəsilə ölkəyə ümumilikdə 14 maşından ibarət yük karvanı daxil eləməyə çalışıb. 3 tırın sərhəddən keçməyə cəhd eləməsinin uğursuzluqla nəticələnməsindən sonra, yüzlərlə etirazçı ilə Venesuelanın Bolivarçı Milli Mühafizəçilər (GNB) qüvvələri arasında saatlarla davam edən atışma baş verib. Beynəlxalq Simon Bolivar Körpüsündə dünən cəmi 20 nəfərdən ibarət qrup etirazlara davam edib.

Körpüyə çıxaraq Kolumbiya polisinin qurduğu barrikadaların qarşısına keçən qrup Venesuela tərəfində gözləyən asayiş qüvvələrinə təqribən 3 saat boyunca daş və əldəqayırma partlayıcı butulkalar atıb

Hökumət qüvvələri gözyaşardıcı qaz bə plastik mərmi ilə cavab veriblər. Qrup geri çəkilib.

Fransisko De Paula Santander beynəlxalq körpüsündə isə Amerikanın Venesuelada çevriliş eləmək istəyən qüvvələrə göndərdiyi yardımın Kolumbiyadan gəlməsinin qarşısının alınmasına cəmi iki nəfət etirazını bildirib. Körpünün altında isə 10 nəfərlik qrup onları dəstəkləyib. Gözyaşardıcı qaz müdaxiləsindən sonra iki nəfər və onları dəstəkləyən qrup Kolumbiyaya tərəf qaçmağa məcbur olub.

Fevralın 23-də cəmi 2 yük maşını keçə bilib

Venesueladakı müxalifətçilər “humanitar yardım” cəhdi ilə bağlı paytaxt Karakasda keirdikləri mətbuat konfransında fevralın 23-də ölkəyə cəmi 2 tırın daxil ol bildiyini bəyan eləyiblər. Onların iddiasına görə, baş verən toqquşma zamanı 14-25 nəfər civarında insan həlak olub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA