Kolumbiya xalqı Venesuelanı dəstəklədi - Özünü prezident elan edən şəxs: “ABŞ bazalarını bağlatdıracağam!”

  • 2019-02-27 13:25:33
  • |
  • Dünya /

Kolumbiya xalqı Venesuelanı dəstəklədi - Özünü prezident elan edən şəxs: “ABŞ bazalarını bağlatdıracağam!”

Hurriyyet.org xəbər verir ki, Kolumbiyada etirazçılar Venesulada baş verənlərlə əlaqədar, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduronu dəstəkləyən, çevrilişçi Xuan Quaydonu və onun havadarı olan ABŞ və Kolumbiya rəhbərliyini tənqid edən nümayiş keçiriblər.

Etirazlarda iştirak edən Alexandro Munyos adlı bir şəxs isə Xuan Quaydoya istehza edərək, özünü Kolumbiya prezidenti elan edib. O, “ictimai araşdırmaçı, sənətkar və yazıçı” olduğunu bildirib. Munyos özünü prezident elan edəndən sonra polislə və nümayiş iştirakçıları ilə əl verib salamlaşaraq, “prezident fərmanları” verməyə başlayıb: “Sülhə bəli, müharibəyə yox, narkotik qaçaqmalçılığına, neoliberalizmə xeyr”. Munyos Quaydonun ordunu çevrilişə dəvət eləməsini təqlid edərək, Kolumbiya ordusunu özünə tabe olmağa çağırıb. O, ABŞ-ın “humanitar yardım” planlarını da ələ salıb. Koumbiyalı “Quaydo” ABŞ-a ilk “narkotik nəqli”ni həyata keçirəcəyini bildirərək, ABŞ-ın dünyanın ən böyük narkotik istehlakçısı olduğunu xatırladıb. Munyos həm də ölkədəki ABŞ hərbi bazalarını bağlatdıracağını vəd edib.

Birləşmiş Ştatların Kolumbiyada 200-ə yaxın hərbi bazası var. ABŞ-ın Venesuelaya hərbi müdaxilə üçün bu sayı artırmaq niyyətində olduğu bildirilir.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton üzərində “Kolumbiyaya 5 min hərbçi” yazısı olan bir dəftərlə kameraların qarşısına çıxmışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA