​Kombayn sürücüsü oğruluqda ittiham edilir - “Kombaynın bunkerində 1 tondan çox arpa aşkarlanıb”

​Kombayn sürücüsü oğruluqda ittiham edilir - “Kombaynın bunkerində 1 tondan çox arpa aşkarlanıb”

“Kombaynın bunkerində 1 tondan çox arpa aşkarlanıb”

Ucar rayonu Rəstəcə kənd sakini Hüseynova Sevinc Əjdər qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova müraciət edən şikayətçi yazır:

“Cənab nazir!

Xahiş edirəm ki, mənim taxılımı biçib-oğurlayan kombayn sahibinin və Şirvan Təcrübə İdarəsinin müdiri Arzu Hacıyevin barəsində qanunu tədbirlər görəsiniz.

26 iyun 2018-ci il tarixdə torpaq sahəmdəki taxılı kombayn biçdi və bunkerdən cəmi 3 meşok arpanı boşaldıb getdi. Həmin vaxt öz taxılını biçdirmək üçün kombayını gözləyən Ucar rayon sakini İbrahimov Vahid Məmməd oğlu orada gözləyirdi. O, kombaynla birilikdə öz sahəsinə getdi. Elə oğurluq hadisəsi də orada müəyyən edildi.

Belə ki, mənim taxıl sahəmdən biçilmiş buğdanın 1 tonundan çoxunu yerə boşaltmadan bunkerdə saxlayan kombayn sürücüsünün əməllərini Vahid İbrahimov ifşa edib. Həmin vaxt Vahid İbrahimov kombaynın bunkerinə baxan zaman orada 1 tondan çox arpa məhsulunun olmasını aşkarlayıb.

Bu oğurluq faktı barədə Ucar Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, bu oğurluğu sürücü kombayının məxsus olduğu Şirvan Təcrübə Stansiyasının müdiri Arzu Hacıyevlə əlbir olub etmişdir.

Hazırda Ucar RPŞ-də bu oğurluq faktı ilə əlaqədar araşdırma aparılır. Ancaq heç bir irəliləyiş yoxdur.

Cənab nazir!

Sizdən xahiş edirəm ki, bu oğuru müdir və sürücü barədə qanunu tədbirlər görəsiniz”.

KƏNAN, Hurriyyet.org

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA