Komitə sədri deputatların maaşının artdığını təsdiqlədi: "Bunu dövlətimizin böyük qayğısı hesab edirik"

Komitə sədri deputatların maaşının artdığını təsdiqlədi: "Bunu dövlətimizin böyük qayğısı hesab edirik"

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deputatların maaşının artırılmasını təsdiqləyib.

Hurriyyet..org xəbər verir ki, İsa Həbibbəyli "Yeni Müsavat”a açıqlamasında deputatların maaş artımını belə şərh edib:

- Maaşınız artıb, deyirlər. Təbrik etmək olarmı?

- Minnətdarlığımızı bildiririk.

- Deyəsən, komitə sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?

- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA