Komitə sədrindən yol kənarlarında ehsan verilməsinə REAKSİYA

  • 2019-09-10 13:34:36
  • |
  • Aktual /

Komitə sədrindən yol kənarlarında ehsan verilməsinə REAKSİYA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.

Hurriyyet.org-un xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, insanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil.

O qeyd edib ki, İmam Hüseyn əzadarlığının birinci ili deyil: "Bu, hətta Sovet dövründə də var idi, indi də var. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacam, kimsə deyir halva paylayacam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu insanların şəxsi istəyidir və bununla təskinlik tapır".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA