TSQ və ASO Körfəz ölkələrinin Afrindəki əməliyyatının qarşısını aldı

  • 2018-11-20 13:40:24
  • |
  • Dünya /

TSQ və ASO Körfəz ölkələrinin Afrindəki əməliyyatının qarşısını aldı

Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatı körfəz ölkələrinin Afrindəki kəşfiyyat əməliyyatının çökdürüldüyünü yazıb.

Afrində və Fərat qalxanı əməliyyatı aparılmış bölgədə əmin-amanlığı pozan cinayət təşkilatlarına qarşı əməliyyat həyata keçirilib. Mütəşəkkil cinayətkar dəstənin demək olar ki, bütün liderləri ələ keçirilib.

Afrində dünən küçəyə çıxma qadağası ilə nəticələnən qəsb və quldurlurluq hadisələrinin arxasında Suriyada PKK/PYD-ni aşkar şəkildə himayə edən Körfəz ölkələrinin kəşfiyyat əməliyyatının olduğu ortaya çıxıb.

Quldurluq və qəsbkarlıq

Türkiyə Suriyada Fərat çayının şərqinin də terrordan təmizlənəcəyi barəsində açıqlamalar verərkən bundan əvvəl TSQ və ASO tərəfindən azad edilmiş Afrin və Fərat qalxanı bölgəsini qarışdırmaq niyyəti ilə təxribatlar baş verib. Əvvəlcə Fərat qalxanı bölgəsindəki Əl Bab, Cerablus kimi şəhərlərdə baş verən terror hücumlarının ardından həftə sonu Afrində anidən quldurluq və qəsbkarlıq hadisələri baş verib.

Qarşısı alınıb

TSQ və ASO Afrində bir tərəfdən PKK/PYD terror təşkilatlarının terror aktlarının qarşısını alıb, digər tərəfdən isə bundan əvvəl Əsədə qarşı döyüşdüklərini iddia edən qrupların təxribatları ilə də mübarizə aparmaqdadır.

Maaşlı şəbəkələr

Zahirən quldurluq əməliyyatları kimi görünən hadisələrin arxasında körfəz ölkələri tərəfindən maliyyələşdirildiyi bəlli olan, “Əhrar əl Şarkiyə” təşkilatı ilə əlaqədar olan “Şuheda Şarkiye” qrupu ilə “Abu Havle” qrupu, əhali arasında böyük qarışıqlığa səbəb olan quldurluq, qəsb, adam qaçırmaq kimi mütəşəkkil cinayətkar əməllərlə məşğul olublar. Bu qruplara qarşı aparılacaq əməliyyatların dinc vətəndaşlara zərər verməməsi üçün xüsusi təyinatlıların saat 5.00-da başlanan əməliyyatından əvvəl küçəyə çıxmaq qadağan edilib. Cinayətkar dəstənin liderlərinin demək olar ki, hamısının ələ keçirildiyi, Afrində asayişi pozmaq məqsədi günən təxribatın qarşısının alındığı bildirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz