Kosmonavt olmayanlar da kosmosa gedə biləcəklər! - NASA-DAN TURİZM LAYİHƏSİ

  • 2019-06-08 13:31:44
  • |
  • Dünya /

Kosmonavt olmayanlar da kosmosa gedə biləcəklər! - NASA-DAN TURİZM LAYİHƏSİ

Hurriyyet.org xəbər verir ki, indən belə kosmonavt olmayanlar da kosmosa gedə biləcəklər. ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi olan NASA Beynəlxalq Kosmos Stansiyasına səfərlər həyata keçirəcəyini bildirib. 2020-ci ildən etibarən Beynəlxalq Kosmos Stansiyası turistlərin üzünə açıq olacaq. Amerika Beynəlxalq Kosmos Stansiyasının direktor müavini Robin Qeytens stansiyanın ildə ən çoxu iki dəfə özəl səyahətlər həyata keçirəcəyini söyləyib.

1998-ci ildə ilk hissəsi Yerin orbitinə göndərilən Beynəlxalq Kosmos Stansiyasında 2011-ci ildən bəri dünya üzərində aparılması mümkün olmayan araşdırmalar aparılır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA