“Kreml Gürcüstandan keçən enerji xətlərini vura bilməz” - ZAUR MƏMMƏDOV

  • 2019-07-09 13:36:06
  • |
  • Aktual /

“Kreml Gürcüstandan keçən enerji xətlərini vura bilməz” - ZAUR MƏMMƏDOV

“Hadisələrin hansı istiqamətə yönələcəyini demək çətin məsələdir. Çünki bu, təkcə Gürcüstan daxilindəki hadisələrdən asılı deyil. Cənubi Qafqazda ABŞ, İran, Rusiya, Çin kimi beynəlxalq subyektlərin atacağı addımlardan çox şey asılıdır”. Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov şərh edib.

“Neft-qaz korporasiyaları hər ay Qərbi “görür”, onlarla aktivlərini bölüşürlər”

Məmmədov vurğulayıb ki, Gürcüstan -Rusiya münasibətlərinin gərgin olaraq qalması birmənalı Azərbaycanın lehinədir: “Bu hal, Ermənistan üçün olduqca zərərlidir. Vəziyyət belə davam edərsə, Ermənistanın iqtisadiyyatına böyük zərbə olacaq.

Münasibətlər müharibə mərhələsinə keçsə belə, Kreml Gürcüstandan keçən enerji xəttlərini vura bilməz. Düzdür, Rusiyadakı bəzi qüvvələr hələ 2008-ci ildə bizim borumuzu partlatmaq barəsində düşünürdülər, istisna deyil ki, bu dəfə də düşünsünlər. Lakin qərarı prezident verir. Bu gün , şimalın enerji layihələri və neft-qaz korporasiyaları hər ay Qərbi “görür”, onlarla aktivlərini bölüşürlər. Elə sanksiyaların əslində, mənasız olmasının ən böyük səbəbi də budur. “Rosneft” və digər şirkətlərin aktivlərinin kimlərin əlində olmasına baxsanız, bunu anlayarsınız”

Məmmədov onu da nəzərə çatdırıb ki, gələn il Cənubi Avropa ilə Xəzəri birləşdirəcək TAP qaz xəttinin işə salınacağı gözlənilir.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA