KREML “QIRMIZI CİZGİNİ” KEÇİB: Rusiya uçuruma yaxınlaşır - TƏHLİL

KREML “QIRMIZI CİZGİNİ” KEÇİB: Rusiya uçuruma yaxınlaşır - TƏHLİL

Rusiya “Edelman Trust Barometer”-in – vətəndaşların ictimai institutlara inam reytinqində sonuncu, 27-ci yerə düşüb. Bu nəticə Amerikanın araşdırma şirkətinin illik məruzəsində ortaya çıxıb.

“Edelman”ın məruzəsi 2018-in oktyabr-noyabrında keçirilmiş sorğuya söykənir. Buna ABŞ, Çin, Hindistan, Rusiya, Böyük Britaniya, Almaniya daxil olmaqla 27 ölkədən 33 mindən artıq adam qatılıb.

Sənəddən irəli gəldiyi kimi, dünyada institutlara inam 52% təşkil edib (49% idi). “Edelman”nın ölçüsünə görə, bu göstərici neytral səviyyədədir. Analitiklər 49%-ə qədərki nəticəni inamsızlıq kimi səciyyələndirirlər, 50%-dən 59%-ədək neytral adlandırılır, inamsızlıq isə 60%-dən başlanıır.

Mənzərə konkret nmövqelərə görə belə görünür. Sorğulananların 47%-i öz hökumətinə (ötən il 44 % idi), biznesə 56% (bir il qabaqkı 53%-ə qarşı), qeyri-hökumət təşkilatlarına 56%, mediaya isə 47% (44% idi) inanır. Başqa sözlə, bütünlükdə institutlara inam, ən azı, artır.

İndi isə ən maraqlısı – Rusiya barədə. sorğuya qatılan ölkələrin hamısından institutlara ən az inam bizdədir. Özü də dövlətlərin çoxundan fərqli olaraq bu göstərici il ərzində olduqca güclü şəkildə düşüb – 36%-dən 29%-ədək.

“Edelman Trust Barometer”-in versiyası üzrə, Rusiya institutların çoxuna inam səviyyəsinə görə, axırıncı yerdədir. Yeganə istisna – hökumətə inamdır. RF-də bu göstərici 34% səviyyəsindədir – bu, Meksika, Fransa, Braziliyadakından çoxdur. Lakin bizim üçün başqası önəmlidir – bu göstərici Rusiyada bir il ərzində üçdə bir qədər çöküb: “Edelman” 2018-də Rusiya hökumətinə etimad səviyyəsini 44% dəyərləndirib.

Rusiyada biznesə inam 34% (Çində 80%, Braziliyada 58%, İspaniyada 44%), mediaya 26%, qeyri-hökumət təşkilatlarına 23% təşkil edir. RF-nin bu mövqe üzrə başqa ölkələrdən ayrıntısı xüsusən böyükdür: sonda növbəti yerdə olan Yaponiyada inam səviyyəsi 38% təşkil edir. Çində qeyri-hökumət təşkilatlarına etimad 74%, Kanadada 59 %, Böyük Britaniyada 47%-dir.

Qeyd edək ki, qabaqlar ÜİRÖM (Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi-red.)Rusiya hökumətinə etimadın azalması haqda məlumat verib. Deməli, Vladimir Putinin reytinqi 2000-ci ildə prezident vəzifəsinə başladığı andan bəri tarixi minimuma enib. İndi rusiyalıların 33,4%-i dövlət başçısına inam bəsləyir, eyni zamanda 62,1% onun işini bəyənir.

“Vahid Rusiya”nın elektoral reytinqi də cüziləşib – 33,8%. Bu hətta 2011-ci ilin dekabrındakı etiraz çıxışları dönəmindəkindən də aşağıdır – o zaman hakimiyyət partiyasının reytinqi 34,4%-ədək düşmüşdü.

Rusiya EA Sosiologiya İnstitutu analitiklərinin fikrincə, Kremlin başlıca problemi bundan ibarətdir ki, hökumətin və Putinin tənqidi ictimai baxımdan bəyənilən davranışa çevrilir. Bu bildirir ki, neytral konformist (buqələmunvari-red.) seçicilər – həmişə çoxluğa qoşulan adamlar – artıq prezidentə qarşı çıxış etməyə başlayırlar.

Hələlik reytinqin düşməsi uzun müddət dövlətin başında olan Putin üçün böhranlı deyil – bir də hələ onun aldığı müəmmalı daxili-siyasi qərarlardan sonra. Problem bundadır ki, durum qar qalağı kimi gəlişir. Ekspertlərin proqnozlarına görə, vur-tut, bir il, ilyarımdan sonra dövləöt başçısına indiki dəstəkdən az şey qala bilər. Bu halda hökumətin reytinqi döşəmədən də aşağı düşər, bir də, çətin ki, institutlara inam səviyyəsi yüksəlsin.

- “Edelman Trust Barometer”-in reytinqi vətəndaşların hökumətə inamının düşməsini göstərən Rusiyadaxili reytinqlər kimi bir şeydən danışır: Rusiya uçuruma sarı inamla gedir, – Dövlət Dumasının üçüncü və dördüncü çağırış deputatı, istefadakı polkovnik Viktor Alksnis deyir. – Bu hərəkət hələ Qorbaçovun dönəmində başlanmışdı. 2000-ci illərdə Putinin dönəmində bir qədər yavaşıdı: sıçrayan neft qiymətləri görkəmində başımıza gözlənilməz bədbəxtlik yağdı. Qeyd edim ki, neft dollarının böyük qismi Vladimir Putinin çevrəsinə və Kremlə yaxın oliqarxlara gedib. Amma hökumət yenə də bu pulların bir bölümünü sosial proqramlara yönəldib ki, bu da əhalini sakitləşdirmək və hətta durumu sabitləşdirmək imkanı verib.

Bu, Qorbaçov və Boris Yeltsinin fonunda, az qala, Rusiyanın xilaskarı görünən Vladimir Putuinə yüksək reytinq təmin edib. Amma eyni zamanda Putinin və komandasının altına, belə deyək, gec partlayan mina qoyulub. Xalq Putinin bir çox təşəbbüslərinə razılaşmışdı, kobud desək, indi mağazalarda 20 növ kolbasa və araq olduğuna görə. Siyasətin isə sadə vətəndaşlara dəxli yoxdur. Hakimiyyət və cəmiyyətin bu gizli sazişi üzərində həm də “başlıcası budur ki, müharibə olmasın” düşüncəsi hakim idi.

1990-cı illərin böyük dəyişikliklər sınağı adamları qorxudub. Vətəndaşlar ciddidən qorxurdular ki, ölkədə təzədən qəfil dəyişimlər başlasa, birbaşa onlara zərbə vuracaq. Amma belə alınıb ki, artıq yeni şəraitə alışıblar. Bəli, vətəndaş haçansa zavodda aparıcı konstruktor olsa da və Aya uçmaq üçün kosmik gəmilər layihələşdirsə də, indi isə bazarda durub və Çin cındırlarıyla alver edir. Amma piştaxtanın dalında aldığı pul yaşayışa bəs edir. Və vətəndaş görür ki, prinsipcə belə də yaşamaq olar. Və belə adamlar ölkədə milyonlarla var idi.

O biri yandan, vətəndaşlar bundan sonra dığırlanmaq mümkün olmayan “qırmızı cızığı” intuitiv hiss ediblər.

– Hakimiyyət indi bu “qırmızı cızığı” keçib?

Son illərdə, özəlliklə də neft qiymətləri çökərkən və “pul yoxdur, amma siz dözün” məlum olanda cəmiyyətdəki əhval dəyişməyə başlayıb. Adamlar xırda bədbəxtliyə – malik ola bildikərinin bir tikəsinə razıdırlar. Amma burada birdən aydın olub ki, artıq bu xırda tikəyə də hökumət və şəxsən Vladimir Putin tərəfindən qəsd başlanıb. Məhz bu, suallar doğurmağa və hakimiyyət reytinqinin təbii çöküm prosesi başlayıb. Qeyd edim ki, hakimiyyət savaşöncəsi və hətta savaşsonrası sovet dönəmindən fərqli olaraq 2000-ci illərdə uzun müddət vətəndaşların başını tovlaya bilib. Siyasi piarın texnologiyaları Putinin gəlişinə qədər mükəmməlliyə qədər işlənmişdi. Kreml mediaya uyğun tullantılar atmaqla illüziya yaradıb: ətrafda hər şey pis olsa da, əvəzində, şərti deyilsə, Krım bizimdir, ən yeni raketlərimiz isə istənilən yağını vura bilər.

Əlüstü qeyd edim: Krımın RF-yə birləşdirilməsini ikiəlli dsətəkləyirəm və Vladimir Putinin cüzi uğurlarından biri sayıram. Mən başqa şeydən danışıram – Kreml sazlanmış təbliğat sayəsində xalq üçün duyğusal mövzularda bacarıqla oynayıb və bu qayda ilə özünə dəstəyi bərkidib. Amma bu resurs sonsuz deyil. Ən nəhayətdə, 10 il qabaq Putinin qızğın tərəfdarı olmuş və Rusiyanın ümidini onda görmüş adamların beynində qiyamçı düçüncələr doğulmağa başlayıb: sükan arxasında Vladimir Vladimiroviçin durduğu qalerada oramı avar çəkirik?

Özəlliklə, pul doğrudan da yoxdur. Biz nə qədər xoruzlansaq da, Rusiyanın beynəlxalq təcridində sanksiya siyasəti ləng də olsa, nəticə verir.

Bir sözlə, biz yenidən uçuruma sürünürük. Hesab edirəm, özü də Kreml ölkəni bu yönə yalnız öz fəaliyyətiylə itələyir.

– Nəyi nəzərdə tutursunuz?

- Həy şeydən qabaq, pensiya islahatını. Düzünü desək, heyrət doğurur: Rusiya 1917-də sosial dövlət strategiyasını gerçəkləşdirməyə başlayan ilk dövlət idi. Dünyanın başqa ölkələri artıq sonradan Sovet Rusiyasının timsalında anlamağa başladı: yoxsulların hərfi mənada acından öldüyü bir vaxtda varlılar və yoxsullar arasında müdhiş təbəqələşməyə malik olmaq təhlükəlidir – bölüşmək gərəkdir. Bu ölkələr sosial siyasəti düzgün qurub əhali üçün nisbətən yüksək həyat səviyyəsinə nail oldu və bununla da çox böyük sosial fəlakətləri önləməyi bacardı.

Biz isə 2000-ci illərdən əks yöndə tərpəndik: özülü hələ 100 il qabaq qoyulmuş sosial dövləti ləğv etməyə başladıq. Bu gün bu yöndə inamla gedirik və başa düşmək gərəkdir: bu, gec-tez sosial partlayışla bitəcək. Hesab edirəm, bütünsorğu və reytinqlər məhz bundan xəbər verir.

Andrey Polunin,
svpressa.ru, 22.01.2019

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA