Kremldən Trampın Golan təpələrini İsrail ərazisi hesab etmək qərarına REAKSİYA - "BİRMƏNALI ŞƏKİLDƏ..."

  • 2019-03-26 15:45:25
  • |
  • Dünya /

Kremldən Trampın Golan təpələrini İsrail ərazisi hesab etmək qərarına REAKSİYA - "BİRMƏNALI ŞƏKİLDƏ..."

Hurriyyet.org xəbər verir ki, RF prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Golan təpələrini rəsmən İsrailin ərazisi kimi tanımaq qərarının Rusiya hakimiyyəti tərəfindən təəssüflə qarşılandığını bildirib. Dmitri Peskov jurnalistlərə açıqlamasında bu addımın beynəlxalq hüququn ABŞ tərəfindən növbəti dəfə pozulması olduğunu deyib: “Bu qərarın həm Yaxın Şərqdəki nizamlama prosesi baxımından, həm də Suriyadakı vəziyyətin siyasi cəhətdən tənzimləməsi nöqteyi-nəzərindən birmənalı şəkildə neqativ nəticələr doğuracağı heç kimdə şübhə doğurmur. Ən başlıcası isə bunun – Vaşinqtonun beynəlxalq hüququ birmənalı şəkildə pozduğu növbəti addım olmasıdır. Biz çox təəssüf edirik”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA