Kremldən Türkiyə açıqlaması: “DİALOQ DAVAM EDƏCƏK”

Kremldən Türkiyə açıqlaması: “DİALOQ DAVAM EDƏCƏK”

Hurriyyet.org xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxovun İdlibdəki hadisələrlə (Suriya ordusunun atəşkəs bölgələrindən birinin yerləşdiyi İdlibə doğru irəliləməsindən sonra) bağlı Türkiyə XİN idarəsinə çağrılması ilə bağlı sualın cavabında Suriyada məsələsinin siyasi həll yollayının axtarılması üçün “tərəflərin müxtəlif səviyyələrdə sıx əlaqə saxlamalı” olduqlarını söyləyib.

Səfirin Türkiyə Xarici İşlər Nazirliyinə çağrılması ilə bağlı verilən “Bunun münasibətlərin pisləşməsinə səbəb ola biləcəyindən narahat deyilsinizmi” sualına cavab verən Peskov deyib: “Gərginliyin azaldılması bölgələrinin haqqındakı razılaşmaların həyata keçirilməsi prosesi və Suriya Milli Dialoq Konqresinin hazırlıqları da daxil olmaqla siyasi həll rosesinin başlanması, müxtəlif səviyyələrdə daimi təmas saxlanılmasını tələb edir. Bu, ekspert səviyyəsində və yüksək səviyyədə əlaqələr kimi, başqa səviyyələrə də aiddir. Bu təmaslar həyata keçirilir. Şübhəsiz, bu yaxın dialoq davam edəcəkdir”

Hurriyyet.org

Loading...

QALEREYA