Kriminal avtoritetlərin restorandakı “sxodka”sına basqın - VİDEO/FOTO

Kriminal avtoritetlərin restorandakı “sxodka”sına basqın - VİDEO/FOTO

Kiyev hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Ali Rada bulvarının restoranında kriminal avtoritetlərin "sxodka"sına basqın edib.

Hurriyyet.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kiyev Polis Şöbəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, "sxodka"ya 1985-ci ildən "vor zakon" statusunu daşıyan "Laşa Svan" ləqəbli, gürcü əsilli Laşa Caçvliani rəhbərlik edib.

Əməliyyat-istintaq tədbirləri çərçivəsində 45 yaşlı "qanuni oğru" saxlanılıb.

Məlumata görə, o digər "həmkarları" ilə əlaqələrini bərpa etməyə və mənzil oğrularının "kuratoru" olmaq istəyib.

Qeyd edək ki, 2017-ci ilə qədər beynəlxalq axtarışda olan "Laşa Svan" bir müddət öncə Ukraynada narkotik vasitələrlə saxlanılıb, daha sonra sərbəst buraxıllıb.



Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA