ŞƏKƏRİN 7 QORXUNC ZƏRƏRİ

ŞƏKƏRİN 7 QORXUNC ZƏRƏRİ

Hurriyyet.org xəbər verir ki, bir çox insanlar həyatlarını şəkərsiz təsəvvür eləməsələr də, onun zərərlərini də bilməlidirlər.

Son dövrdə istifadəsi sürətlə artan şəkərin insan orqanizminə verdiyi zərərlər təəccüb doğurur.

Şəkərin insan orqanizminə zərərləri nədir?

Ömrü qısalda bilir

Şəkərli yeməklər istifadə eləmək bir anlıq sizə xoş təsir göstərə bilər, lakin uzunmüddətli perspektivdə bunu zəhərdən fərqi yoxdur.

Kaliforniyanın San-Francisko universitetində aparılan bir araşdırma şirin qazlı içki içməyin siqaret çəkmək ilə eyni təsiri yaratdığını aşkar edib. Hüceyrələrin yaşlanmasına səbəb olan şəkərin insan ömrünü qısaltdığı deyilir. Gündə 20 unsiya şirin qazlı içki içmək, eynilə siqaret kimi, hüceyrələrin 4,6 il yaşlanmasına səbəb olur.

İnsulini yüksəldir

Qan şəkərini tənzimləyən insulin istehsalını artırır. Elm adamı Vasanti Milk deyir: “Bədən qazlı içkilərdəki şəkəri çox sürətli şəkildə mənimsəyir, bu da qan şəkəri ilə insulinin sürətlə artımına səbəb olur”.

Vaxt keçdikcə, bu, insulin çatışmazlığına səbəb ola və insanın metabolizmasına mənfi təsir göstərə bilər. Qan şəkərinin tənzimlənməsi pozulduqda, aclıq və nəticədə gərginlik baş verir. Diabetin dərəcəsi yüksəldikcə, huşunu itirmə halları da qaçılmazdır.

Artıq çəkiyə səbəb olur

Daima normadan artıq şəkər qəbul eləmək qaraciyərdə fruktozanın yağ şəklində toplanmasına səbəb olur. Nəticədə çəkinin artması qaçılmazdır. Daima şəkər qəbul edilməsi xüsusilə bel çevrəsinin yağlanmasına səbəb olar.

Təzyiq və qəlb xəstəliyi riskini artırır

Ürəyinizin sağlam olmasını istəyirsinizsə, şəkəri həyatınızdan çıxarın. Tafts Universitetinin elmi əməkdaşı, energetik metabolizm laboratoriyasının elmi əməkdaşı doktor Zaltsman deyir: “Yüksək miqdarda şəkər qəbul edilməsi, çox aşağı sıxlıqlı lipoprotein (ing.Low Density Lipoprotein qısa olaraq, VLDL) adlandırılan lipidlərin qanda artmasına və nəticədə ürək-damar xəstəlikləri riskinin yaranmasına səbəb olur”. Damar tıxanıqlığı yaranır ki, bu da ürəktutmasına səbəb ola bilər.

İmmunitet sistemini zəiflədir

Şəkər leykosit hüceyrələrinə mənfi təsir göstərir. Şəkər qəbul elədikdən təqribən 2 saat sonra leykositlər virusları parçalamaq qabiliyyətinin yarısını itirir. Bu da birbaşa immunitet sistemini zəiflədir. Şəkərin yüksək miqdarda qəbul edilməsi həm də C vitamininin orqanizmdə istifadəsinə mane olur.

Depressiyaya səbəb olur

Aparılan elmi araşdırmalar nəticəsində şəkərin xüsusilə yeniyetməlik dövründə təlaş və depressiyaya səbəb olduğu aşkara çıxıb. Tədqiqatçılar fruktozadan artıq dərəcədə istifadənin beyini dəyişdirdiyi və bunun da davranışlara mənfi təsir göstərdiyini bildirirlər. Fruktozadan həddən artıq istifadə stress hormonunu artırır və təlaş əlamətləri özünü göstərir.

Dişlərin sürətlə çürüməsinə səbəb olur

Ağzımızdakı bəzi bakteriyalar şəkər ilə bəslənərək artırlar. Şəkər istifadə elədiyiniz halda, dişlərinizi vaxtlı-vaxtında fırçalamırsınızsa, şəkər ağızda turşulaşır və bu da diş minerallarını dağıdır. Dişlər çürüməyə başlayır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA