KTMT-nin yeni Baş katibi bu gün seçilir - Stanislav Zas, yoxsa Mikael Arutyunyan?

  • 2018-11-08 11:22:21
  • |
  • Aktual /

KTMT-nin yeni Baş katibi bu gün seçilir - Stanislav Zas, yoxsa Mikael Arutyunyan?

Bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində blokun yeni Baş katibi seçiləcək.

Hurriyyet.org
virtualaz.org-a istinadən xəbər verir ki, diplomatik mənbələr Ermənistan nümayəndəsi Yuri Xaçaturovun məcburi istefasından sonra boşalan bu posta Belarus nümayəndəsi, ölkənin Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın seçiləcəyini bildiriblər. Lakin Ermənistan Xaçaturovun yerinə öz nümayəndəsini təyin etməkdə israrlıdır.



Yerevan hesab edir ki, KTMT-nin nizamnaməsində Baş katibin istefası barədə bənd nəzərdə tutulmadığından Xaçaturovun istefasını baş katibin vəfatı zamanı yaranan situasiya ilə eyniləşdirmək lazımdır. Belə olan halda Ermənistanın KTMT rəhbərliyinə qarşıdakı 3 il üçün öz nümayəndəsini göndərmək şansı yaranır. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT Baş katibi vəzifəsinə keçmiş müdafiə naziri, general Mikael Arutyunyanın namizədliyini irəli sürəcək. Maraqlıdır ki, həm general Stanislav Zas, həm Arutyunyan vaxtilə Bakıda hərbi təhsil alıblar.



Lakin məlumatlara görə KTMT-nin digər üzvləri bu varianta müsbət baxmırlar və hesab edirlər ki, Ermənistan nümayəndəsi istefa verdiyi üçün Baş katib postu rotasiya qaydasında Belarusa keçməlidir.

Loading...

QALEREYA