Kuba səmasında PARTLAYIŞ - Yerə meteorit düşdü - FOTOLAR

  • 2019-02-02 10:17:55
  • |
  • Dünya /

Kuba səmasında PARTLAYIŞ - Yerə meteorit düşdü - FOTOLAR

Kubanın Pinar-del-Rio əyalətinin şəhərlərindən biri yaxınlığında güclü partlayış baş verib.

Hurriyyet.org yerli KİV-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hadisənin baş verməsindən bir neçə saniyə əvvəl onlar göydən düşən yad cism görüblər.

Partlayışdan sonra yanğın baş verib, əraziyə yanğınsöndürənlər və aidiyyəti idarələrin nümayəndələri cəlb olunub.

"Granma" qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən yazır ki, baş verənlər bəzi insanların düşündüyü kimi aviaqəzanın nəticəsində olmayıb.

Nəşr ehtimal edir ki, partlayış Pinar-del-Rio əyalətinin Vinyales şəhərinə meteorit düşməsi nəticəsində baş verib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA