Kubadan Trampın bəyanatına ETİRAZ: "Nifrət və qəzəblə..."

Kubadan Trampın bəyanatına ETİRAZ: "Nifrət və qəzəblə..."

Kuba Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Cənubi Amerika və Afrika ölkələrindən gələnləri təhqir etməsinə münasibət bildirib.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, məsələylə bağlı açıqlama "Granma" qəzetinin saytında yerləşdirilib.

"Bu bəyanatlar nifrət və qəzəblə doludur. Deyilənlər Kuba xalqı arasında hiddətə səbəb olub. Çünki Kuba xalqının formalaşmasında Afrika və haitililər böyük rol oynayıblar", - etiraz bəyanatında bildirilib.

Bundan əvvəl isə Trampın ifadələri ilə əlaqədar Salvador ABŞ hökumətinə etiraz notu göndərmişdi.

Qeyd edək ki, Donald Tramp Haiti, Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında razılaşmanı müzakirə etmək üçün Ağ Evdə konqresmenlərlə görüşü zamanı bu ölkələrdən gələn miqrantları “iyrənc ölkələrin nümayəndələri” adlandırıb.

Loading...

QALEREYA