Kürd komandan: "RUSİYA BİZƏ XƏYANƏT ETDİ!"

Kürd komandan: "RUSİYA BİZƏ XƏYANƏT ETDİ!"

Hurriyyet.org xəbər verir ki, Afrində nəzarət altında saxladıqları kəndlərə bir-bir itirən YPG-nin baş komandanı Sipan Hemo deyib: “Rusiya ilə bəzi anlaşılmazlıqlarımız var idi. Amma Rusiya bir gecədə bu razılaşmaları yox sayaraq, bizə xəyanət elədi!”

Afrinə qarşı başladılan “Zeytun budağı” əməliyyatında üç gün içərisində 11 kəndi itirən PKK öz məğlubiyyəti üçün günahkar axtarmağa başlayıb. PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı qanadı YPG-nin qondarma baş komandiri Sipan Hemo, Rusiyanın onlara xəyanət eləməsindən şikayətlənib.

Rusiyanın Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin Afrindəki “Zeytun budağı” əməliyyatından dərhal sonra “Afrinli hərbçilərimiz başqa bir bölgəyə yollandılar” açıqlamasını verib.

Hurriyyet.org

Loading...

QALEREYA