Kürdəmirdə AĞIR QƏZA: xəsarət alanlar var - FOTOLAR - YENİLƏNİB

Kürdəmirdə AĞIR QƏZA: xəsarət alanlar var - FOTOLAR - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunlar 61 yaşlı Bakı sakini Əliyeva Dilarə Şəmistan qızı, 81 yaşlı Bakı sakini Əliyeva Zəhra Həsən qızı15 yaşlı Bakı sakini Əliyeva Nəzrin Habil qızıdır.

Qeyd edək ki, Ucar istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “Lexus” markalı avtomobilə çırpılaraq yoldan çıxıb və aşıb.

Fakt araşdırılır.

***

Kürdəmir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ucar istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “Lexus” markalı avtomobilə çırpılaraq yoldan çıxıb və aşıb.

Hadisə zamanı “Mercedes”də olan 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA