Kürdəmirdə "KamAZ" aşdı - Sürücüsü xəsarət aldı

Kürdəmirdə "KamAZ" aşdı - Sürücüsü xəsarət aldı

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Tahir Şiralı oğlu Cavadovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə T.Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA