Lavrovun gedişi Qarabağ probleminə nə kimi TƏSİR GÖSTƏRƏCƏK?

Lavrovun gedişi Qarabağ probleminə nə kimi TƏSİR GÖSTƏRƏCƏK?

Qabil Hüseynli: “Qarabağ münaqişəsində rus təsiri olduqca, problemin həlli qəlizləşəcək”

Bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verdi. Artıq Rusiyada yeni hökumət formalaşmaqdadır.

Rusiya Konstitusiyasına əsasən, Duma prezident Putinin ən azı iki həftə ərzində təqdim edəcəyi yeni baş nazir və kabinet üzvlərinin siyahısını bir həftə ərzində dəyərləndirərək, qərarını bildirməlidir.

Artıq dördüncü dəfə Rusiya prezidenti seçilən Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedyevin namizədliyini təqdim edib. Yəni bu, o deməkdir ki, Dmitri Medvedyev baş nazir vəzifəsinə təyin olunub. Çünki Rusiya Dövlət Dumasının prezident Putinin iradəsinin əleyinə qərar verəcəyi ehtimalı yoxdur.

Doğrudur, bəzi ekspertlər iddia edirlər ki, Rusiya hökumətində birmənalı dəyişikliklər olacaq, baş nazir dəyişəcək və yeni hökumətdə yer alacaq şəxslər gənc nəslin nümayəndələri olacaq. Ancaq Putinin baş nazir vəzifəsinə Dmitri Medvedyevin namizədliyini Dövlət Dumasına təqdim etməsi onu göstərir ki, Rusiya hökumətində ciddi dəyişikliklər olmayacaq. Görünür, Putinə köhnə komanda ilə işləmək daha rahatdır.

Bu arada ekspertlər Rusiya xarici işlər naziri Sergey Lavrovun da vəzifəsindən uzaqlaşdırılacağını güman edirlər. Əslində, Sergey Lavrovun yenidən Rusiya hökumətində təmsil olunması Azərbaycan üçün heç də arzuolunan deyil. Çünki Lavrov Azərbaycana qarşı olan, Ermənistanı və Qarabağ separatçılarını dəstəkləyən birisidir. Amma Lavrovun vəzifəsindən uzaqlaşdırılması ehtimalı özünü doğruldacaqmı? Bunu yaxın günlərdə görəcəyik.

Lavrovun Rusiya Xarici İşlər Nazirliyinin (XİN) başçısı olduğu müddətdə demək olar ki, biz daima onun Azərbaycana qarşı mövqeyini, Ermənistanı və Qarabağ separatçılarını dəstəklədiyini görmüşük. Maraqlıdır ki, Lavrov Rusiya XİN başçısı vəzifəsindən kənarlarşdırılarsa, bu, Rusiyanın Dağlıq Qarabağ siyasətinə necə təsir edəcək?

Əslində, Lavrov XİN başçısı vəzifəsindən gedərsə belə, Rusiyanın Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklik gözləmək ağılsızlıq olar. Çünki Rusiya uzun illərdir ki, Azərbaycan və Cənubi Qafqazla bağlı işğalçılıq siyasəti yürüdür. Bu günlərdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun açıqlaması da bunu təsdiq edir: “Postsovet məkanında mövcud münaqişələrdə böyük oyunçular var. Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Donetsk münaqişələri niyə yaranıb? Bu münaqişələr ona görə yaradılıb ki, bu ölkələr Avropa İttifaqı və digər qurumlarla yaxınlaşa bilməsin. Bu münaqişələrlə Gürcüstanı, Ukraynanı Avropa İttifaqına qəbul edə bilərlər?”

“Lavrovun vəzifədən getməsi ehtimalı var”

Qabil Hüseynli ile ilgili görsel sonucu

Lavrovun vəzifədən getməsi ehtimalı ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, o fikirləri bölüşür: “Lavrovun vəzifədən getməsi ehtimalı var. Çünki həm yaşlanıb, həm də bir sıra məqamlarda heç də Rusiyanın maraqlarını müdafiə etmədi. Amma “gedəcək” deyəndə tamamilə getməyəcək, yenə də hökumətin tərkibndə ola bilər və yaxud prezident aparatında hansısa bir funksiyanı yerinə yetirə bilər”.

“Lavrovun gedişi prosesə həlledici olmasa da, müəyyən pozitiv çalarlar gətirə bilər”

Q. Hüseynli vurğuladı ki, Lavrov xarici işlər nazirliyindən getsə də, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində əsaslı dəyişilik gözləmir: “Amma müəyyən qədər yaradılmış süni maneələr aradan qalxa bilər. Lavrovun lobbiçilik fəaliyyəti aradan qalxarsa, danışıqlar prosesi dinamika qazana bilər. Bir sözlə, onun gedişi prosesə həlledici olmasa da, müəyyən pozitiv çalarlar gətirə bilər. Rusiyanın Azərbaycan, ümumiyyətlə, Cənubi Qafqazla bağlı siyasəti Proytrdan bünövrəsi qoyulmuş bir siyasətdir. Ruslar eməniləri niyə tarixi müttəfiq, dost adlandırırlar? Həmişə də onların himayəsində dururlar. Ona görə də Qarabağ münaqişəsində rus təsiri olduqca, problemin həlli qəlizləşəcək”.

“Rusiya Qafqzdan uzaqlaşdırıla bilər”

Q.Hüseynli hesab edir ki, Qarabağ münaqiəsinin Rusiyanın təsirindən çıxması mümkündür: “Niyə mümkün deyil ki?! Rusiya getidkcə zəifləyir, Rusiyanın Qafqzda iflası prosesi baş verə və uzaqlaşdırıla bilər, o zaman Rusiyanın Ermənistana dəstəyi, köməyi azala bilər. Elə Paşinyan baş nazir olarsa, bu missiyanı yerinə yetirə və Paşinyan Dağlıq Qarabağ məsələsində Sərkisyandan da qəliz mövqe tuta bilər”.

“Bu münaqişələr həmin bölgələri Ruisyanın təsiri altında saxlmaq üçün yaradılıb”

“Siz necə düşünürsünüz, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Donetsk münaqişələri ona görə yaradılıb ki, bu ölkələr Avropa İttifaqı ilə yaxınlaşa bilməsin” sualına isə politoloq belə cavab verdi: “Bu münaqişələr həmin ölkələrin təkcə Avropa İttifaqı ilə yaxınlaşa bilməməsi üçün yox, həmin bölgələrdə Rusiyanın təsirini qoruyub saxlamaq və bu bölgələri Ruisyanın təsiri altında saxlmaq üçün yaradılıb”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA