“Layla Xocalım, layla” istanbulluları ağlatdı - VİDEO

“Layla Xocalım, layla” istanbulluları ağlatdı - VİDEO

26 fevral Xocalı qətliamının 27-ci ildönümü dünyanın hər yerındə “Xocalıya ədalət” kampaniyası ilə anılır. Bu anım tədbirləri yenə də Türkiyədə öncüllük təşkil edir.

Hurriyyet.org xəbər verir ki, 23 fevralda İstanbulda İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) təşkiliylə Xocali soyqırımı adlı tədbər keçirilib. İSTAD başqanı Səfər Qaraqoyunlunun rəhbərliyilə tədbir İstanbul Bağçılar Bələdiyyəsinin dəstəyilə Məhmət Səlim Kiraz Kültür Mərkəzində, baş tutub.

Tədbirin aparıcısı İSTAD-ın baş katibi Mətin Yıldırım toplantını giriş sözüylə açıb. Toplantının moderatoru Tənzilə Rüstəmxanlı, AKP İstanbul millət vəkili, Türkiyə Azərbaycan Dostluq Qrupunun başqanı Şamil Ayrım, Xocalıdan millət vəkili Elman Məmmədov, Prezident Adminstarsiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, Azərbaycanın “Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər və telejurnalist Səidə Ömər toplantıda çıxış ediblər.

Çıxışçılar Xocalı soyqırımı hadisələrini detalları ilə anıb, Türkiyənin Qarabağ probleminə hər zaman həssas yanaşdığını, Türklərin tarixdə heç vaxt soyqrırım etmədiyini vurğulayaraq toplantıya gələnləri məlumatlandırıblar. Tənzilə Rüstəmxanlı Türkiyədə hələ də Xocalı qətliamının soyqırım olaraq tanınmamasını təəssüflə bildirib. Tülüjurnalist Səidə Ömərən ifasında mərhum şair Zəlimxan Yaqubun “Layla Xocalım, layla” şeri tədbir iştərakçılarını duyğulandırıb.

Qeyd edək ki, Səidə Ömərin hər bazar “BengüTürk Tv“-dən yayınlanan “Azərbaycan rüzgarı” proqramı bu dəfə bütünlükdə Xocalı hadisələrindən bəhs edəcək.

Sevil, Hurriyyet.org

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA