Öldürülən iş adamının azərbaycanlı arvadı DANIŞDI: "Etdiklərinin qurbanı oldu" - VİDEO

  • 2019-03-16 12:38:13
  • |
  • Region /

Öldürülən iş adamının azərbaycanlı arvadı DANIŞDI: "Etdiklərinin qurbanı oldu" - VİDEO

Antaliyada öldürülüb, cəsədi 8 parçaya ayrılaraq meşəlik sahəyə basdırılan iş adamı 82 yaşlı Asim Bayramın dini nikahda yaşadığı azərbaycanlı həyat yoldaşı Ferlugə Karatug sərbəst buraxılıb.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Azərbaycanlı 70 yaşlı qadın ərinin öldürülməsində günahlandırıldığı üçün polis tərəfindən saxlanılmışdı. O, Türkiyə məbuatına açıqlamasında əri ilə bağlı bu sözləri işlədib:

"Pulunun olduğunu hər yerdə söyləyərdi. Etdiklərinin qurbanı oldu. Avtomobilində pul olduğunu söyləmişdi. Baxsınlar bankdan çəkdiyi pullara. Heç pul çəkməzdi bankdan. Elə bir pul, çantası yox idi. Şübhəliləri tanımırdım. Ev almaq üçün onunla görüşüb bu qətli törədiblər. Günahkarlar ortaya çıxdı. Cibində 150 lirədən çox pul gəzdirmirdi. Kimsəyə də pul verməzdi. Bayramlarda belə birinə 5 lirə verməzdi. Mənim də günahıma girdilər. Mən kimsəyə bir şey etmədim"

Azərbaycanlı qadın birgə nigahda yaşadığı mərhum iş adamı ilə münasibətlərinin normal olduğunu da dilə gətirib: "İnsanla bir evdə bir ay yaşadıqdan sonra onu tanımaq mümkündür. Amma bütün olanlara baxmayaraq mən onunla çox xoşbəxt yaşayırdım".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA