Leninin “işə yaramayan” vəsiqəsi və qəpik-quruş olan pulqabısı – proletarların rəhbərini necə soyublar?

  • 2018-11-03 13:35:13
  • |
  • Tarix /

Leninin “işə yaramayan” vəsiqəsi və qəpik-quruş olan pulqabısı – proletarların rəhbərini necə soyublar?

Digər siyasi liderlər kimi, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil olan, SSRİ-nin qurucusu Vladimir İliç Leninin həyatına da sui-qəsd cəhdləri az olmayıb. Sözsüz ki, əvvəlcədən hazırlanmış bu planların arxasında siyasi maraqlar dayanıb.

Təkcə 1918-1919-cu illərdə Leninə qarşı 5 dəfə sui-qəsd planı hazırlanıb. Sonrakı dövrlərlə müqayisə etsək Vladimir İliçin hakimiyyəti illərində 1-ci şəxsin təhlükəsizliyi o qədər də mükəmməl olmayıb. Bu baxımdan Leninin bu sui-qəsdlər dalğasında sağ qalmasını təsadüf də saymaq olar.

Statistikaya görə birincilərə qarşı hazırlanmış sui-qəsdlərin 97 faizi siyasi xarakter daşıyıb. 3 faiz isə anlaşılmazlıq, “hədəf”in tanınmadan obyektə çevrilməsi, cinayəti törədənin qeyri-sağlam psixoloji duruma malik olaması ilə bağlı olub.

1919-cu ilin yanvar ayında Vladimir İliçə qarşı olan “hücum” da bu 3 faizə aid edilib. Baş verən bu hadisə heç bir siyasi xarakter daşımayıb, cinayətkar dəstənin məqsədi sadəcə soyğunçuluq olub. Hədəfin seçilməsi də sırf təsadüfi baş verib.
Uzun illər bu cinayət işi haqqında ictimaiyyətə və mətbuata açıqlama verilməyib. “Tam məxfi” qriflər qovluqlardan götürüldükdən sonra Leninlə bağlı olan bu olayın bütün detalları aydın olub.

6 yanvar 1919-cu ildə Lenin axşam saat 5-6 radələrində öz xidməti avtomobilində Sokolniki rayonu ərazisində yerləşən xəstəxanada müalicə olunan Krupskayanı ziyarət etməyə gedib. Maşında Leninlə birgə bacısı Mariya Ulyanova, şəxsi mühafizəçisi İvan Çabanov və bir də sürücü Stepan Gil olub.

Qarlı-çovğunlu havada xəstə yanına tələsənlər yolda olduqları ərəfədə elə həmin rayonda, kiçik bir mənzildə içki süfrəsi arxasında Koşelkov və dəstəsi yeni plan çızırbar. Arbatda hədəf seçilmiş “obyekt”i soymaq. Soyğunçu dəstənin “əməliyyat”ı həyata keçirmək üçün bir porlemi yaranıb. Sokolnikidən Arbata məsafə şox olduğundan onlar hansı yolla olursa olsun maşın əldə etməlidirlər. Dəstə yekdil şəkildə qərar qəbul edib: Şosseyə çıxıb ilk qarşıya çıxan maşını sahibindən almaq.

Beləliklə, Koşelkov və 6 nəfər dəstə üzvü yolun kənaranı çıxıblar. Uzaqdan gələn maşının işığı görünəndə “komanda” hazır vəziyyətdə durub. Maşın yaxınlaşan kimi dəstənin 3 üzvü silahla Leninin avtomobilinin qarşısına çıxıb.

Sürücü Stapan Gil istintaqa verdiyi ifadədə həmin anı belə xatırlayıb:

“3 nəfər silahlı yolun ortasına atılaraq, saxla maşını, deyə qışqırmağa başladılar. Qərara gəldim ki, saxlamayım, aralarından keçib uzaqlaşım. Bu şəxslərin quldur, soyğunçu olduqlarına şübhəm yox idi. Elə bu məqamda arxa oturacaqda əyləşən Vladimir İliç maşını saxlamağı göstəriş verdi:

- Stepan, maşını saxla, görək bunlara nə lazımdır. Bəlkə patrul xidmətinin əməkdaşlarıdır

Maşının arxasından isə qışqırıq səsləri kəsilmirdi:

- Saxlayın maşını, atəş açacağıq.

Lenin bunu eşitdikdən sonra qəti şəkildə əmr verdi:

- Saxla maşını...

Maşını saxlayan kimi dərhal qapıları açdılar. Lenini, Mariya Ulyanovu, mühafizəçini çox kobud şəkildə maşından düşürdülər. Lenin tez-tələsik cibindən “buraxılış vəsiqəsi”ni çıxardıb onlara göstərdi:

- Siz nə edirsiniz? Mən Leninəm, bu da mənim vəsiqəm.

Koşelkov tapançanı Leninin başına dirəmişdi və yəqin ki, sərxoş olduğundan onun dediklərini yaxşı anlamırdı, hətta adını da səhv eşitmişdi:

- Nə olsun Levinsən, mən Levin tanımıram.

O, əlini Vladimir İliçin ciblərinə salıb nə varsa götürdü. Qeyd dəftərçəsini, pulqabını, vəsiqəni və bir də tapançanı. Məni sanki yaddan çıxarmışdılar. Hələ ki, sükan arxasında əyləşmişdim. Tapança əlimin altında idi. Amma heç bir hərəkət edə bilməzdim. Çünki tapançalar yerdə olanların gickahlarına dirənmişdi. Bir göz qırpımında məni də yerə salıb maşına minib uzaqlaşdılar.

Maşın uzaqlaşandan sonra Lenin təəssüf və həm də əsəbi halda pıçaldayırdı:

- Əhsən, silahlı adamlar, soyğunçuluq, maşınımızı da apardılar...

Mən özümü günahkar hiss edirdim və Vladimir İliçə nəyə görə atəş açmamağımı izah etməyə çalışırdım. Lenin mənimlə razılaşırdı:

- Stepan, sən atəş açsaydın, bu quldurlar bizi məhv edəcəkdilər...”

Quldur dəstəsi hadisə yerindən uzaqlaşdıqdan sonra əldə etdikləri “qənaət”ə nəzər salıblar. Pulqabında qəpik-quruş olub. Dəftərçədəki qeydlər soyğunçular üçün mənasız görünüb. Tapanca qazanc sayılıb. Vəsiqə...

Vəsiqə isə Koşelkovu “şok” vəziyyətinə salıb. Levin kimi qəbul etdiyi adam Lenin imiş. Tez dəstəsinə tapşırıb ki, maşını atıb qaçmaq lazımdır. Belə də ediblər.

Bu həmin Koşelkov olub ki, Moskva çekistlərinin yuxusuna haram qatıb, üstündə 22 çekisti öldürdüyünə görə qalaq-qalaq cinayət işləri olub.

Həmin axşam bütün Moskva ayaq üstə qaldırılıb, Leninin mühafizəsi gücləndirilib. Axtarış-əməliyyat tədbirlərinə əlavə qüvvələr cəlb olunub. Qərar qəbul olunub ki, cinayətkarlar tutularaq ən ağır cəzaya, güllələnməyə məhkum olunmalıdırlar. Öncə Koşelkovun dəstəsindən 3 nəfər ələ keçirilib. Onlardan biri ölüm hökmündən xilas olmaq üçün düzgün ifadə verməyi,

Koşelkovun yerininin müəyyənləşdirilməsində yardımçı olacağını söyləyib. Beləliklə, cinayətin baş müəllifinin yeri müəyyənləşdirilib.

Əməliyyat zamanı Koşelkovun dəstəsindən iki nəfər yerindəcə məhv edilib. Özü isə yenidən qaçmağa müvəffəq olub. O adəti üzrə eyni zamanda iki tapanca ilə “mübarizə”sini davam etdirib. Ancaq küçə savaşları çox davam etməyib. Koşelkov baş əməliyyatçı Martınovun sərrast atəşinə tuş gəlib.../musavat.com/

Loading...

QALEREYA