Lənkəranda 2 məktəbli qızı maşın vurdu

Lənkəranda 2 məktəbli qızı maşın vurdu

Lənkəranda iki məktəbli avtomobillə vurulub.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, qızların hər ikisi rayonun 8 saylı tam orta məktəbinin şagirdidir.

Məktəbdən çıxıb evə gedərkən rayonun Lüvəsər kənd sakini, 2008-ci il təvəllüdlü Nərmin Sadiq qızı Adıgözəlova və Bəlləbur kənd sakini, 2009-cu il təvəllüdlü Xeyrənisə Hüseyn qızı Cəfərzadəni maşın vurub. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

X. Cəfərzadə bud sümüyünün yuxarı ⅓-nin çatı və bədən səthinin müxtəlif nahiyələrinin kəsilmiş-əzilmiş yaraları, N.Adıgözəlova isə çanaq sümüklərinin qapalı sınığı diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda sürücünün kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA