Lənkəranda iki avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

Lənkəranda iki avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

Lənkəran rayonunda yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, UAZ və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"VAZ-2106"da olan Cəlilabad rayon sakinləri - 1988-ci il təvəllüdlü Rəşad İslam oğlu Abışov və 1994-cü il təvəllüdlü Rəfi Xanverdi oğlu Məmmədov və UAZ-da olan sərnişin, 1996-cı il təvəllüdlü Sahilə Müqəddəs qızı Rzayeva Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bundan əlavə, UAZ-n sürücüsü, 1957-ci il təvəllüdlü Lerik rayonunun Davradibi kənd sakini Müqəddəs Məhəmməd oğlu Rzayev, 1989-cu il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Elçin Xanhəsən oğlu Ağayev, 1992-ci il təvəllüdlü Lerik rayonunun Zəriküməco kənd sakini Hafiz Həsənağa oğlu Cabbarov və 1966-cı il təvəllüdlü Lerik şəhər sakini Baləddin Sərhəng oğlu Rzayevə Travmatologiya şöbəsində zəruri tibbi yardım göstərilib. Onların vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda yol qəzası:7 nəfər xəsarət alıb - FOTOLənkəranda yol qəzası:7 nəfər xəsarət alıb - FOTOLənkəranda yol qəzası:7 nəfər xəsarət alıb - FOTO

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA