Lənkəranskinin yaxını “Kriti Vüsal”a HÖKM OXUNDU

Lənkəranskinin yaxını “Kriti Vüsal”a HÖKM OXUNDU

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, kriminal aləmdə “Kriti Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə “Kriti Vüsal” 7 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Hökmlə razı olmayan avtoritet Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.

Yaxın günlərdə o yenidən hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, ötən il Vüsal Nuriyev Yardımlı rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 3 bükümdə ümumi çəkisi 2 kiloqram 610 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Müəyyən edilib ki, narkotik vasitə Yardımlı rayonu ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilib.

Xatırladaq ki, “Kriti Vüsal” kriminal aləmdə böyük nüfuza malikdir. Dəfələrlə məhkumluq həyatı yaşamış Nuriyev cəza çəkdiyi müəssisələrdə “vəziyyət”ə baxıb. Onu da qeyd edək ki, V.Nuriyev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamı olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA