Əli Həsənov qaçqınların torpağını satır – “ŞUŞA ŞƏHƏRCİYİ”NDƏ ETİRAZ

Əli Həsənov qaçqınların torpağını satır – “ŞUŞA ŞƏHƏRCİYİ”NDƏ ETİRAZ

 

Bu haqda Hurriyyet.org-a qəsəbə sakinləri informasiya verib.

Məlumata görə, “Şuşa şəhərciyi” adlanan ərazi Şuşadan olan qaçqınlara ev tikilməsi üçün ayrılıb. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin balansında olan bu torpaq sahəsində qaçqınlara ev tikmək əvəzinə, həmin ərazi satışa çıxarılıb.

Mənbə deyir ki, “Şuşa şəhərciyi”ndəki torpaq sahəsinin 5-6 sotu təxminən 30-40 min manata satılır. Bildirilir ki, artıq torpağa müştəri də tapılıb və tezliklə alqı-satqı olunmalıdır.

Məcburi köçkünlər deyir ki, bu məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.

Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı daha ətraflı məlumat verəcəyik. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mövqeyini də dərc etməyə çalışacağıq.

 

  • Hamısı
  • Loading...