Əli Əhmədovla bağlı Oqtay Şirəliyevə müraciət edildi: “DONOR OLA BİLMƏZ”

  • 2019-09-10 10:45:26
  • |
  • Ölkə /

Əli Əhmədovla bağlı Oqtay Şirəliyevə müraciət edildi: “DONOR OLA BİLMƏZ”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə YAP rəhbərliyi qanvermə aksiyası keçirib. Aksiyada YAP icra katibi, baş nazirin müüavini Əli Əhmədov da iştirak edib. Bu, bir sıra mütəxəssislər tərəfindən tənqidlə qarşılanıb. Onun qan donoru olmaq üçün yaşının uyğun olmadığını bildiriblər.

Hurriyyet.org yenisabah.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı tanınmış hüquqşünas Osman Kazımov Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

O, qeyd edib ki, KİV vasitəsi ilə Əli Əhmədov qan verməsi -donorluq etməsi nümayiş etdirilib. Hüquqşünas müraciətində bildirib ki, Azərbaycan Respublikası “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanununun 4.1-ci maddəsinə əsasən 18-65 yaşlı vətəndaşlar donor ola bilərlər: “Yaş həddi elmi nəzəriyyələrə əsaslanmışdır. Əli Əhmədov 27.01.1953-cü ildə anadan olmuşdur. 27.01.2019-cu ildə 66 yaşı tamam olmuşdur. Hal-hazırda 67 yaşının içindədir.

Göründüyü kimi ondan qan götürülməsi yuxarıda qeyd edilən qanunun tələblərinin pozulması ilə həyata keçirilmişdir. Bu da gələcəkdə həmin qandan istifadə ilə baglı fəsadlarla nəticələnə bilər.

Odur ki, Sizdən xahiş edirəm ki, xüsusi komissiya təşkil edərək həmin qanını məhv edilməsi üçün tədbir görəsiniz və qanunun tələblərini pozaraq qan götürən səhiyyə işçilərini cəzalandırasınız.

Xalqın sağlamlığı hər şeydən önəmlidir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA