Əli Hüseynli: "Moskvada baş vermiş bu hadisədə üçüncü qüvvələrin izi görünür"

Əli Hüseynli: "Moskvada baş vermiş bu hadisədə üçüncü qüvvələrin izi görünür"

“Moskvada çeçenlər və azərbaycanlılar arasında baş verən insident sözsüz ki, təxribat xarakteri daşıyır

Tarixən çeçenlər və azərbaycanlılar arasında dostluq və qardaşlıq münasibətləri olmuşdur. Ümumiyyətlə, Qafqazın müsəlman xalqlarını, o cümlədən çeçenləri və azərbaycanlıları uzun əsrlik ümumi tarixi-mədəni ənənələr bağlayır. Xalqlarımız həm çətin gündə bir-birinin yanında olub, yaşadığımız müharibələr dönəmində bir-birinə pənah aparıb və dəstək olublarmuşlar. Həm çeçenlər, həm də azərbaycanlılar zamanında deportasiyaya məruz qalmışlar, amma tarixin bu sınaqları xalqlarımızın əzmini sarsıtmayıb. Aramızda mövcud olan Qafqaz sıra dağları bizi ayıran yox, əkinə birləşdirən coğrafiya olub. Müasir dövrdə də bu ənənələr davam etməkdədir”.

Hurriyyet.org bildirir ki, bunu “Reporta” açıqlamasında Milli Məclisin Rusiya Dövlət Duması ilə parlamentlərarası İşçi qrupunun rəhbəri, Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son günlər Rusiyada azərbaycanlılar ilə çeçenlər arasında baş verən insidentə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Prezidenti Ramzan Kadırovun arasında mövcud olan şəxsi dostluq münasibəti xalqlarımızı daha da yaxınlaşdırıb: “Təsadüfi deyil ki, azərbaycanlılar hazırda Çeçenistana investisiya yatırır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. O cümlədən Şimali Qafqaz xalqlarının, həmçinin çeçenlərin yaşayış, iş və turizm üçün seçdikləri ən doğma ölkə məhz Azərbaycandır. Xalqlarımızı bağlayan tarixi-iqtisadi, mədəni yüzlərlə hadisələr, müsbət nümunələr var. Vaxtı ilə çeçenəsilli SSRİ xalq artisti Mahmud Esenbayev haqqında “Mən rəqs edəcəyəm” filmini məhz azərbaycanlı rejissor Tofiq Tağızadə çəkib. 1980-ci ildə isə ilk çeçen bədii filmi olan “Dağ novellası”nda (Горская новелла) əsas baş rollardan birində Azərbaycanın məşhur aktyoru Rasim Balayev çəkilib. Bu gün ictimaiyyətimizin, cəmiyyətimizin müzakirə edəcəyi, bölüşəcəyi çoxlu belə mədəni əlaqələr nümunələri var. Hətta idman yarışlarında belə azərbaycanlılar və çeçenlər arasında mübarizə simvolik xarakter daşıyır və qarşılıqlı hörmətlə müşahidə olunur. Ona görə də bir daha vurğulamaq istəyirəm ki, Moskvada baş vermiş bu hadisədə üçüncü qüvvələrin izi görünür və bunun heç bir real əsası mövcud olmayıb. Biz qardaş xalqlarımızın nümayəndələrini bu hadisənin mahiyyətini düzgün dəyərləndirməyə, internet vasitəsilə edilən provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq. Xalqlarımız arasında mövcud olan dostluq və qardaşlığı daha da inkişaf etdirmək və bunu nümayiş etdirmək bu təxribatlara ən yaxşı cavabdır”-deyə, Ə. Hüseynli vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA