“Əli İnsanovun radikallığı gözlənilən idi” - PARTİYA SƏDRİ

“Əli İnsanovun radikallığı gözlənilən idi” - PARTİYA SƏDRİ

"Əli İnsanovun radikal çıxışı təbiidir və onun bu cür fikirlər səsləndirməsi gözlənilən idi. Həmçinin İnsanovun haqlı olduğunu düşünürəm. Çünki ona qarşı ikinci dəfə də həbsxanada yenidən məhkəmə keçirmişdilər”.

Hurriyyet.org xəbər verir ki, bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu "Yeni Sabah”a Əli İnsanovun azadlıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, adamların mövqelərinə, açıqlamalarına təbii yanaşmaq lazımdır:

"Əli İnsanov siyasətə gələcək, kimlər ona dəstək olacaq-olmayacaq – bu, hər kəsin şəxsi işidir. Bunu da təbii qarşılamalıyıq. Əli İnsanov özü öz seçimini edəcək, buna uyğun yəqin ki, adekvat cavablar alacaq. Digər tərəfdən düşünürəm ki, İnsanov bu məsələdə kifayət qədər suala yer qoymayan açıqlamalar verdi. Hər halda mən bu cür qəbul edirəm. Şərtlə danışmaq doğru deyil. Yaşayarıq, görərik. "Əli İnsanov siyasi mübarizəyə qoşulsa” kimi cümlələr qurmağa ehtiyac yoxdur. Seçim onundur. Digər məsələləri də zaman göstərəcək”.

Qeyd edək ki, ötən həftə prezidentin imzaladığı əfv sərəncam ilə keçmiş səhiyyə naziri Əli İnsanov da həbsdən azad oldu. O, həbsxana qapısındaca sərt açıqlamalar verdi və aktiv siyasətlə məşğul olacağını anons etdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA