Əli Əsədov Baş nazir təyin olundu - RƏSMİ

Əli Əsədov Baş nazir təyin olundu - RƏSMİ

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilib.

İclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.