Limon qabığı qadınları ... - XANIMLARIN NƏZƏRİNƏ

Limon qabığı qadınları ... - XANIMLARIN NƏZƏRİNƏ

C vitamini zəngin olan limon damarların sağlamlığını qoruyur, orqanizmdə iltihabı azaldır, orqanizmi cavanlaşdırır.

Lakin limonun digər az bilinən faydası da var. Çoxsaylı araşdırmalar limonun tərkibində olan maddələrin şiş əleyhinə təsirini aşkar edib.

Arizona Universiteti (ABŞ) alimləri son araşdırma zamanı aşkar ediblər ki, limon qabığının tərkibində olan d-limonen maddəsi süd vəzi xərçənginin profilaktikası və hətta müalicəsi üçün effektlidir.

Araşdırmada süd vəzi xərçəngi olan 43 qadın iştirak edib. 2 həftə ərzində 2 qr d-limoneni qəbul edən qadınlarda şişin ölçüsü kiçilib və həmçinin onkoloji xəstəliyinin inkişafına təsir edən siklin D1 maddəsinin konsentrasiyası da azalıb.

D-limonen maddəsi tək limonun qabığında deyil, digər sitrus meyvələrinin qabığında da var. \\Saglamolun.az

HURRİYYET.ORG

Loading...

QALEREYA