Liviyanın paytaxtında döyüşlər gedir - AZI 21 NƏFƏR HƏLAK OLDU

  • 2019-04-08 11:31:45
  • |
  • Dünya /

Liviyanın paytaxtında döyüşlər gedir - AZI 21 NƏFƏR HƏLAK OLDU

Hurriyyet.org xəbər verir ki, Liviyanın paytaxtı Tripoli şəhərində vəziyyət kəskinləşməkdədir. Qiyamçı general Xəlifə Həftərin başçıqlıq elədiyi qüvvələr ilə BMT tərəfindən dəstəklənən baş nazirin başçılıq elədiyi hökumətin qüvvələri arasındakı atışmalar nəticəsində cümə axşamından indiyə qədər azı 21 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.

Cümə axşamı günü feldmarşal Xəlifə Həftər Liviya milli ordusuna Tripoliyə hüvum eləmək əmri verib.

“Röyter” agentliyinin verdiyi xəbərə görə, bazar günüü Tripoli şəhərinin cənub hissəsi havadan zərbələrə məruz qalıb. Paytaxt sakinlərinin sözlərinə görə, hücum edən qüvvələr şəhərin mərkəzinə doğru irəliləməkdədirlər.

Liviyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bazar günü Tripolinin cənubunda gedən döyüşlərdə 11 nəfər həlak olub, 23 nəfər yaralanıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA