Əliyev-Paşinyan danışıqları ərəfəsində Moskvada məxfi görüş - "BİZ BİR-BİRİMİZƏ HÖRMƏT ETMƏLİYİK..."

Əliyev-Paşinyan danışıqları ərəfəsində Moskvada məxfi görüş - "BİZ BİR-BİRİMİZƏ HÖRMƏT ETMƏLİYİK..."

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu günlərdə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla məxfi görüş keçirib.

Bu haqda Ermənistanda nəşr olunan “168 saat” qəzeti öz mənbələrinə istinadən bildirir.

Mənbə deyib ki, görüş martın 21-22-də olub. Amma Ermənistan XİN-dən sorğuya cavab olaraq deyiblər ki, martın 21-də Mnatsakanyan Yerevanda olub, 22-də isə ölkədə deyildi. Amma harada olduğu açıqlanmır, çünki bu mətbuat üçün deyil.

Qəzet ehtimal edir ki, Mnatsakanyanın Moskvada Lavrovla məxfi görüşü baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın günlərdə Vyanada baş tutacağı gözlənilən növbəti görüşlə bağlıdır. Bu, Əliyevlə Paşinyan arasında Minsk Qrupu həmsədrlərinin də iştirakı ilə baş tutacaq ilk rəsmi danışıqlar olacaq.

Mnatsakanyan özü bu gün jurnalistlərə açıqlamasında Moskvada Lavrovla məxfi görüş keçirdiyini təkzib, yaxud təsdiq etməyib. Amma onu təsdiq edib ki, martın 22-də həqiqətən Yerevanda olmayıb.

 

“Mənim hərəkətlərimdə heç bir konfidensiallıq olmayıb. Hökumət üzvlərinin hansısa səhv hərəkət etdiyini düşünmək absurddur”-o deyib.

Mnatsakanyan bildirib ki, onun öz funksiyası, öz işi var. Və bu funksiyaların yerinə yetirilməsi həm telefon danışıqlarını, həm Yerevanda və onun hüdudlarından kənarda görüşlərin keçirilməsini nəzərdə tutur.

Ermənistan xarici işlər naziri Paşinyanla Əliyev arasında baş tutacaq görüşün vaxtı və yeri barədə də danışıb. Bildirib ki, görüş məqamı çox yaxındır. Ancaq bu barədə tərəflər rəsmi açıqlamanı eyni vaxtda verəcəklər. Çünki razılaşma belədir.

“Tərəflər arasında müəyyən mədəniyyət formalaşıb-bu və ya digər görüş barədə ancaq qarşılıqlı razılaşmadan sonra xəbər vermək. Görüş məqamı çox yaxındır. Lakin biz bir-birimizə hörmət etməliyik. Həm Ermənistan, həm Azərbaycan tərəfi və həmsədrlər-görüş barədə sinxron şəkildə məlumat yayacağıq”-nazir qeyd edib./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA