Lombardı bağlayıb qaçan Zaurun işində 52 zərərçəkmiş var: "Yetim balalarımın haqqını yedi"

Lombardı bağlayıb qaçan Zaurun işində 52 zərərçəkmiş var: "Yetim balalarımın haqqını yedi"

Sumqayıtda 52 nəfərə qarşı dələduzluq etməkdə ittiham edilən lombard sahibinin məhkəməsi keçirilib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1975-ci il təvəllüdlü Məmmədov Zaur Ərəstun oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror törətdiyi əmələ görə Zaur Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokurorun istədiyi cəzaya münasibət bildirən zərərçəkmişlər narazılıq ediblər. Onlar bildiriblər ki, bu günə qədər heç kimin zərəri ödənilməyib. Zərərçəkmişlər söyləyir ki, Zaura istənilən 10 il azadlıqdan məhrumetmə cəzası azdır.

Zərərçəkmişlər Leyla Məmmədova, Səmayə Məmmədova və Esmira Məmmədova pullarının geri qaytarılmasını istəyiblər. Əks halda Zaura daha ağır cəza verilməsini məhkəmədən xahiş ediblər.

Maya Rzayeva da Zaur Məmmədova ağır cəza verilməsini istəyib.

Zərərçəkmişlərdən Müşkünaz Zeynalova və Şəlalə İsmayılova da ya qızıllarının qaytarılmasını, ya da ən ağır cəzanın verilməsini tələb ediblər.

Cəmilə Bəndəliyeva isə zərərçəkmiş kimi danışarkən deyib ki, Zaur onun yetim balalarının haqqını yeyib: "Mən indiyə qədər də bu adama görə kredit ödəyirəm. İstəmərəm ki, azadlığa çıxsın. Sonradan əfvə də düşməsin. Balalarımın haqqını yeyən azadlıqda necə ola bilər?".

Rafiq Ağazadə isə 75 minlik zərər gördüyünü deyib: "Başqasının qızılını qoymuşdum. İndi çətin vəziyyətdəyəm. Evim, bağım əlimdən getdi".

Məhkəmə iclasında iştirak edən zərərçəkən qadınlardan biri məhkəmədən söz istəyib. O, Zaur Məmmədovun azadlığa buraxılmasını, belə olan halda zərəri ödəyəcəyini deyib.

Bu zaman məhkəmədə gərginlik yaşanıb. Digər zərərçəkmişlər buna etiraz edib və həmin fikirləri deyən qadının Zaur Məmmədovdan gündəlik 50 manat faiz almaqda ittiham ediblər.

Zaur Məmmədovun vəkili deyib ki, müdafiə etdiyi şəxsin atası ilə danışıqlar aparır.

"Zərəri ödəmək istəyirlər. Ancaq Zaurun atası deyir ki, pulu hissə-hissə ödəyə bilər"- deyə vəkil bildirib.

Zərərçəkmişlər isə bunu yalan adlandırıb: "Bu günə qədər bir nəfərə 1 manat verilməyib. Belə olan halda nəyə inanaq? Atası bu adamı danışdırmırdı. İndi barışıblar? Bunlar boş söhbətdir".

Prosesin davamında Zaur Məmmədovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, zərərçəkmişlər lombarda qoyduqları qızllar qarşılığında nağd pul alıblar. Zaur Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Axtarışa verən Zaur Məmmədov həbs edilib. Daha sonra o azadlığa buraxılıb. Lakin zərərçəkmişlərin pulunu ödəmədiyi üçün yenidən barəsində həbs qətimkan tədbiri seçilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA