London niyə Simonyanın başçılıq etdiyi “Sputnik”in müxbirini qapı arxasında qoydu?

  • 2019-07-09 18:25:09
  • |
  • Aktual /

London niyə Simonyanın başçılıq etdiyi “Sputnik”in müxbirini qapı arxasında qoydu?

Hurriyyet.org xəbər verir ki, “Rusiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və RT telekanalının, həmçinin “Sputnik” informasiya agentliyinin baş redaktoru Marqarita Simonyan RT-nin və “Sputnik” agentliyinin söz azadlığı ilə bağlı konfransa akkreditasiya olunmasına rədd cavabının verilməsi ilə bağlı Britaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasına münasibətini bildirib.

Simonyan “Teleqram” kanalındakı səhifəsində yazıb: “Britaniyanın XİN-i bizim Londondakı söz azadlığı konfransına buraxılmamağımız barəsində belə bir açıqlama verib: “Dezinformasiyanın yayılmasında fəal roluna görə, RT və Sputniki akkreditasiya eləmədik”. Halbuki, bu dezinformasiya ilə bağlı bir dənə də olsun, nümunə göstərməyiblər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA