“Lüks içində yaşayırdı, mən də öldürdüm” - Dayı iş adamı olan bacısı oğlunu gülləyib - FOTO

“Lüks içində yaşayırdı, mən də öldürdüm” - Dayı iş adamı olan bacısı oğlunu gülləyib - FOTO

Türkiyənin Bursa şəhərində iş adamı həyat yoldaşıyla telefonla danışdığı yerdə avtomobilində güllələnərək öldürülüb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, hadisənin törədən iş adamının öz dayısı olub.

Hadisə ötən ilin iyul ayında baş verib. Bursada bir neçə şirniyyat dükanlarının sahibi olan Fatih Kahraman öz dayısı Yılmaz Sevinc tərəfindən qətlə yetirilib. Dayısının polisə verdiyi ifadə isə hər kəsi heyrətləndirib.

O, bacısı oğlunu lüks içində yaşadığına görə öldürdüyünü deyib: “Fatih lüks içərisində yaşayırdı. Biz də onun yanında işləyirdik. Uşaqlarımızın təhsil xərclərini ödəməkdə çətinlik çəkirdik. Dəfələrlə dükanları mənə həvalə etməsini dedim. O məni eşitmədi, mən də onu güllələdim”.

"Lüks içinde yaşıyordu! Ben de öldürdüm"

Hadisə Bursanın mərkəzində baş vermişdi. Fatih Kahraman avtomobil idarə edərkən qırmızı işıqda dayanıb. Həyat yoldaşı ilə telefonla danışdığı zaman ona yaxınlaşan bir avtomobildə bir neçə dəfə atəş açılıb. Güllələrdən biri iş adamının başından dəydiyi üçün ağır yaralanıb. Bütün müdaxilələrə rəğmən bir gün sonra beyin ölümü keçirən iş adamı həyatını itirib. Onun orqanları isə ailəsi tərəfindən ehtiyacı olan şəxslərə bağışlanıb. İş adamının ölümü ailəsini üzsə də orqan bağışlaması ilə başqa 7 ailəni sevindirib. İş adamını qətlə yetirən dayısı isə məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

"Lüks içinde yaşıyordu! Ben de öldürdüm"

"Lüks içinde yaşıyordu! Ben de öldürdüm"

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA