Maduro hakimiyyəti Quaydoya TƏHVİL VERİR?

Maduro hakimiyyəti Quaydoya TƏHVİL VERİR?

Məhəmməd Əsədullazadə: “Maduronun sülh şəraitində hakimiyyətdən getməsi razılaşdırılıb”

“Rusiya Venesuelada Amerikaya məğlub olmaq mərhələsindədir”

Venesuela Prezidenti Nikolas Maduro və müxalifət lideri Xuan Quaydo kompromisə gedərək, sülh haqqında mütəmadi dialoq aparmağa razılaşıb. Məlumata görə, tərəflər sülhlə bağlı razılaşıb və birlikdə çalışmağa hazır olduqlarını elan ediblər. Görüşün nəticələri barədə ətraflı informasiyanın prezidentin istəyi ilə gizli saxlanıldığı qeyd olunur.

Xatırladaq ki, bir neçə gün öncə, Venesuela müxalifəti ölkə hakimiyyəti ilə danışıqlarda iştirak etməyə razılıq vermişdi. Müxalifət ölkə başçısı Nikolas Maduro ilə Barbadosda görüşmək qərarına gəlmişdi.

“Sülh planının razılaşdırılması Maduronun hakimiyyətdən getməsinə gətirib çıxara bilər”

Картинки по запросу Məhəmməd Əsədullazadə

Venesuela prezidenti Nikolas Maduro ilə müxalifət lideri Xuan Quaydonun sülh danışıqları aparmaq üçün razılaşması ilə bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Hürriyyət”ə dedi ki, bir müddət əvvəl müxalifət lideri Quaydo Venesulea prezidenti Maduro ilə razılaşacağını elan etmişdi: “Bundan əlavə, Amerikanın dövlət katibi Mayk Pompeo ötən ay Soçidə Rusiya prezidenti Vladimir Putinlə bu istiqamətdə danışıqlar apardı və Venesuela prosesi barədə Amerika və Rusiya arasında müəyyən bir razılıq əldə olundu. Təbii ki, bu istiqamətdə danışıqlar içtimaiyyətə açıqlanmasa da, mənim gəldiyim qənaət budur. Hesab edirəm ki, hazırda Venesuela müxalifət lideri Quaydo ilə prezident Maduro arasında belə bir anlaşmanın baş tutması Rusiya və Amerika arasında aparılan danışıqların nəticəsidir. Çünki hazırda Maduroya qarşı ABŞ-ın sanksiyalarını artırması özünü göstərir.

Təbii ki, burada Rusiya da çıxılmaz vəziyyətdədir. Artıq Rusiya bir çox hərbi təyinatlı hissələrini Venesueladan çıxarıb. Həmiçinin bu da Amerika-Rusiya arasında olan razılaşmanın nəticəsidir. Göründüyü kimi, Amerikanın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar Maduronun müəyyən bir mərhələ çərçivəsində danışıqlar masasına oturməsına səbəb oldu. Hesab edirəm ki, Quaydo ilə Maduro arasında bu sülh planının razılaşdırılması müəyyən müddətdən sonra Maduronun hakimiyyətdən getməsinə gətirib çıxara bilər. Çünki Qərb dövlətləri artıq müxalif lider Quaydonun prezidentliyini qəbul edib, Maduroya qarşı beynəlxalq iqtisadi sanksiyalar gündəmdədir. Başda Amerika Birləşmiş Ştatları olmaqla, Almaniya, Fransa, İngiltərə Maduronun dövlət başçısı kimi legitimliyni tanımır. Hesab edirəm ki, bu razılaşma Moskva və Vaşinqton arasındadır və burada məqsəd sülh yolu ilə, hərbi müdaxilə olmadan seçkilərə getməkdir və Maduro hakimiyyətdən getməklə hakimiyyəti müxaliflərə güzəştə gedə bilər. Hazırda bu istqamətdə aparılan danışıqlar müəyyən nəticəyə gəlmək üçün şans yaradır. Amerika və Rusiya Venesuelada müəyyən bir ortaq məxrəcə gələ bilərlər. Çünki burada iki dövlətin- Amerikanın, Rusiyanın toqquşması Latın Amerikasında Rusiyanın tamamilə məğlubiyyətinə gətirib çıxara bilər”.

“Rusiyanın bu regoinda Amerikaya dirəniş göstərməsi absurddur”

“Əgər Quaydonun təkilifinə əsasən, Maduro seçkilərə gedərsə, bu, ölkədə sülhün bərpasına, vətəndaş müharibəsinin ortadan qalxmasına səbəb olacaq və Venesuela iqtisadiyyatının dirçəlməsinə gətirib çıxaracaq. Bu proses Moskva və Vaşinqton arasında müəyyən bir konfendisial danışıqların nəticəsidir və Venesuelda artıq sülh mərhələsinə keçə bilmək şansını biruzə verməkdədir. Baş verənlər göstərir ki, Rusiya artıq Venesuelada Amerikaya qarşı yüngül bir tərzdə məğlub olmaq mərhələsindədir. Təbii ki, prosesdə Amerika Birləşmiş Ştatları uduşludur. Rusiyanın bu regoinda geosiyasi şərtlər daxilində Amerikiaya dirəniş göstərməsi absurddur və bu Rusiyanın məğlubiyyətinə gətirə bilər. Təbii ki, Amerikanın da istədiyi Maduronu Quaydo ilə danışıqlara gətirmək mərhələsi idi və Vaşinqton prosesi artıq bu mərhələyə gətirib çıxartdı. Venesuelada proseslər belə davam edəcəksə, orada iki tərəfin razılaşması ilə tərəflər mütləq şəkildə seçkiyə getmək razılığına gələ bilərlər. Qeyd etdiyim kimi, tərəflər razılığa gəlsələr, Venesuelada seçkilər keçiriləcək. Bu da Maduronun hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Artıq Latın Amerikasında Rusiya öz məğlubiyyətini başa düşməlidir. Bu da Amerika Birləşmiş Ştatlarının geosiyasi maraqları kontekstində ətrafında mübarizədən əl çəkmək mərhələsinə gətirib çıxarır”,-deyə politoloq əlavə etdi.

“Maduro hakimiyyətdə olacaqsa, Venesuelanın bir dövlət kimi çökməsi prosesi gedəcək”

“Maduro asanlıqla hakimiyyətdən gedə bilərmi” sualına M. Əsədullazadə belə cavab verdi: “Prosesdə Rusiya varsa, əlbəttə ki, Maduro hakimiyyətdən gedəcək. Çünki elə proseslər başlayanda Maduro Kubaya qaçıb gedəcəkdi, onu Kreml postunda saxladı və dedi ki, arxasında duracaq. Qeyd etdiyim kimi, artıq Moskva ilə Vaşinqton burada bir razılığa gəliblər və Maduronun sülh şəraitində hakimiyyətdən getməsi razılaşdırılıb. Əgər Maduro hakimiyyətdə olacaqsa, Venesuelanın bir dövlət kimi çökməsi prosesi gedəcək. Çünki Amerika Maduronu qəti qəbul etmir, Amerikanın iqtisadi sanskiyaları bu dövləti defolta gətirir. Ölkədən qaçqın axını baş verib, miqrasiya problemi var. Rusiyanın da burada hərbi aktivliyi öz nəticəsini vermir”.

“Burada Rusiyanın iqtisadi maraqları nəzərə alınacaq”

“Maraqlıdır ki, Moskvanı Vaşinqtonla bu razılaşmada qazancı nədir” sualına gəlincə, politoloq söylədi: “Rusiya burada milyardlarla vəsait qoyub. Burada hərbi konitngenti var. Əgər çevriliş yolu ilə silahlı müdaxilə olsaydı, Quaydo hakimiyyətə gəlsəydi, demək olar ki, Rusiyanın buradan hərbi kontingenti çıxarılacaqdı. Təbii ki, həm də burada Rusiyanın iqtisadi maraqları nəzərə alınacaq. Hesab edrəm ki, tərəflər bu istiqamətədə müəyyən razılığa gəlib. Onsuz da Venesuelada proseslər Rusiyanın maraqlarına uyğun getmirdi”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA