Maduro Milli Məclisə erkən seçkilərin keçirilməsini TƏLƏB ETDİ

  • 2019-05-21 12:46:40
  • |
  • Dünya /

Maduro Milli Məclisə erkən seçkilərin keçirilməsini TƏLƏB ETDİ

Hurriyyet.org xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro əksəriyyəti müxalifətçilərin əlində olan Milli Məclisin yenilənməsi üçün erkən seçkilər keçirilməsi çağırışı edib. Maduro deyib: “Son 5 ildə legitim olmayan yeganə orqanı qanuniləşdirəcəyik. Milli Məclis üçün erkən seçkilərə gedək və kimin xalq dəstəyinə sahib olduğunu görək”.

Aylarla dərin siyasi böhran içərisində olan Venesuelada iqtidarda olan Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) üzvləri, Maduronun 68 faiz səs çoxluğu ilə qazandığı seçkilərin birinci ildönümünü münasibəti ilə keçirilən mitinqə toplaşıblar. Mitinqdə çıxış edən Maduro ölkədəki böhranın əsas səbəbi olan müxalifətçi Milli Məclisin yenilənməsi üçün seçkilərə getməyi təklif edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA