Maduro Əsəd deyil, Venesuela da Suriya - İki qitədə "şər rejimləri"nin əsas fərqləri və oxşarlıqları - TƏHLİL

  • 2019-02-27 12:34:56
  • |
  • Dünya /

Maduro Əsəd deyil, Venesuela da Suriya - İki qitədə "şər rejimləri"nin əsas fərqləri və oxşarlıqları - TƏHLİL

Hüseyn Vəlid

“Əl-Cəzirə”, 26.02.2019

Venesuela Bolivarian Respublikasının prezidenti Nikolas Maduro, liberal iddialara baxmayaraq, Bəşər Əsəd deyil, Venesuela da Suriya, Liviya və ya İraq.

Əslində, Yaxın Şərq siyasətinin klişesini Venesueladakı vəziyyətə tətbiq etmək son dərəcə təhlükəli deyilsə də, absurddur. Venesuelanın Kolumbiya və Braziliya sərhədləri boyunca gərginliklər də həmişə yüksək səviyyədə olub, amma ABŞ-ın müharibə maşınları, müttəfiqləri və liberal mətbuat müharibə təbili çalır.

ABŞ-ın dəstəklədiyi çevriliş cəhdi indi tam sürət yığır və Vaşinqton tərəfindən dəstəklənən hərbi müdaxilə üfüqdədir, buna görə də, biz artıq tənbəl və dağıdıcı təhlillərlə, yanlış tənliklərə məşğul ola bilmərik.

Tarixi qeydlər göstərir ki, dövlət çevrilişləri və hərbi müdaxilələr yalnız fəlakət gətirib və vicdanlı insanlar onlara, nəyin bahasına olursa-olsun, müqavimət göstərməlidir.

Salvador Alyendenin devrilməsindən və 1973-cü ildə Çilidə Auqusto Pinoçetin zəfərindən tutmuş 2009-cu ildə Hondurasda Manuel Zelayanın qaçırılmasına qədər sol və mərkəzi-sol hökumətlərə qarşı ABŞ dəstəkli çevrilişlər Latın Amerikası ölkələrinə kütləvi və uzunmüddətli ziyan gətirib. Venesuelada bu cür hərəkətlərin fərqli bir nəticəyə gətirib çıxaracağını düşünmək gülüncdür.

Son illərdə yalanlar, qərəzli boşboğazlıqlar və mənasız isteriyalara əsaslanan hekayətlər Venesuela və Bolivarist inqilabla bağlı beynəlxalq müzakirələrdə hakimdir və Maduronun iqtidarda qalıb-qalmayacağından söhbət düşərkən, bir çoxları sadəcə çiyinlərini çəkir.

Venesuela açıq-aşkar şəkildə sosialist cənnət deyil və Maduro hökuməti Venesuelanın mövcud çətinliklərinin bir çoxunda qismən günahkardır: dağıdıcı iqtisadi böhrandan və sonrakı kütləvi miqrasiyadan tutaraq cinayətkarlığın artan dərəcəsinə və genişlənən korrupsiyaya qədər.

“Amnesty International”-ın qeyd etdiyi kimi, Maduro və onun sələfi, mərhum Uqo Çaves avtoritar tendensiyalar, insan hüquqlarının pozulması və mühakiməyə müdaxilə tarixçəsinə sahibdir. Son illərdə etirazçıların ölümünə və həbs olunmasına səbəb olan dövlət təhlükəsizlik aparatı çoxsaylı siyasi zorakılıqda günahkardır.

Bundan əlavə, Bolivarist hökumət bəzi avtokratik dövlətlərlə sıx əlaqələri saxlayır və 2011-ci ildə xalq üsyanlarının başlanmasından sonra Suriyada və Liviyada rejimlərə dəstək verib.

Bu problemlərin hamısı açıqlanmalı və tənqid olunmalı olsa da, Maduro Əsəd, Müəmmər Qəddafi və Səddam Hüseyn kimi diktatorlarla müqayisə edilə bilməz.

Maduro bu diktatorların hər hansı biri tək hakimiyyətə gəlməyib. O, hərbi çevrilişlə iqtidara yiyələnməyib və ya hakimiyyəti atasından miras almayıb. O, iki dəfə demokratik yolla seçilib. Çavesin təsis etdiyi və Maduronun təmsil etdiyi Bolivarist İnqilabçı Hərəkatla ərəb tiranlarını iqtidarda saxlayan və dəstəkləyən qüvvələr arasında az oxşarlıq var.

Çavizm – demokratik, solçu xalq hərəkatıdır və dövlətin zənginliklərini yoxsulları gücləndirmək və inkişaf etdirməyə yönəldib. Venesuelanın zəif zənci və yerli əhalinin ispan mənşəli köçkün, ağ elitasının istismar etməsi, ABŞ müdaxiləsinin davam edən təsirləri və Vaşinqtonun Latın Amerikasına tətbiq etməyə çalışdığı fəlakətli iqtisadi siyasətlə bu hərkat tarixən marginallaşıb.

2000-ci illərin əvvəllərindən etibarən ardıcıl çavist hökumətlər milyonlarla marjinal venesuelalı üçün səhiyyə, təhsil, məşğulluq, rifah, ərzaq təhlükəsizliyi və sosial xidmətlərin yaxşılaşdırılmasında böyük addımlar atıb. Ölkə xaricində, həmçinin Mərkəzi Amerika və Qəraib dənizi hövzəind subsidiyalarla geridə qalan ölkələrə köməklik göstərib, uzun müddət blokadada olan Kubaya dəstək verib və Fələstin xalqına həmrəylik təklif edərək, Latın Amerikasında siyasi və iqtisadi müstəqillik qazanıb.

Bu siyasəti irəli aparmaq üçün “Çavismo” seçki qutusuna etibar edib. Çavesin özü çox məşhur idi və dörd dəfə prezident seçilib, hökuməti də müxtəlif referendumların qalibi olub. Ölməzdən əvvəl o, Maduronu xələfi seçib, ilk seçkisini də hazıkı prezident kiçik üsünlüklə qazanıb. 2018-ci ilin prezident seçkilərində səslərin təxminən 30% -i digər iki, xüsusilə anti-çavist namizədə verilib.

Bu iki onillikdə Venesuela müxalifəti təşkilatlanıb və parlamentdə, mediada və küçələrdə təmsil olunub. Onun hökumət əleyhinə nümayişləri və fəaliyyətinin Yaxın Şərq ölkələrindəki 2011-ci ilin xalq üsyanları ilə heç bir əlaqəsi yoxdur. Onilliklə boyu Şərqdə müxalifət üçün heç bir siyasi məkan yox idi.

Əlbəttə ki, Bolivarist inqilabın bir çox irəliləyişi iqtisadi böhranla böyük ölçüdə durdurulub. Buna baxmayaraq, Maduro tərəfdarları inqilabın məğlub olmaması üçün itklərin labüdlüyünü bilir. Bu, Venesuela müxalifətinin Bolivarist hərəkatını demokratik üsullarla qalb gələ bilməməsinin səbəblərindən biridir.

Müxalifət liderləri inqilabi prosesləri dayandırmaq iqtidarında deyil, onların Bolivarist hökuməti devirmə cəhdləri, iqtisadi müharibə və seçki boykotlarına çağırışlar yolundan keçir.

Keçmişdə bunların hamısı uğursuz olub. Lakin müxalifətin iqtisadi böhrandan istifadəsi, Maduronun pis idarəçliyi və neft qiymətlərinin düşməsi ilə birlikdə, bu günə qədər mümkün olmayan şeyləri yerinə yetirmək üçün mükəmməl fürsət yaranıb.

İqtisadi böhran venesuelalıları uçurumun kənarına itələyərkən, Vaşinqtonun (Birləşmiş Millətlər Təşkilatı və Qırmızı Xaç vasitəsilə) yardım təklifi ikiüzlü və utancverici siyasi vasitədir, xüsusilə də ABŞ sanksiyalarının vəziyyəti xeyli çətinləşdirdiyini nəzərə alaraq.

Venesuelada ABŞ xarici siyasətinin məqsədləri insan hüquqları, demokratiyanın inkişafı və korrupsiyaya qarşı mübarizə ilə heç bir əlaqəsi yoxdur. Regional tərəfdaşları Braziliya, faşist Jair Bolsonaro və Kolumbiya rəhbərliyi bu işi dəstəkləyirlər.

Həqiqətən, Maduro hökumətinin səhvləri var, lakin o, diktator rejimi deyil, “Çavismo” isə BƏƏS-çilik deyil.

“Çavismo” hələ də ölkədə xalq dəstəyinə malikdir və bir çox marjinal venesuelalılara kömək edib. Biz onun tərəfdarları ilə həmrəylik göstərməli və ABŞ-ın müdaxiləsini rədd etməliyik.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA