MADURODAN XƏBƏRDARLIQ: “Dayan, Tramp, əlini qana boyama"

MADURODAN XƏBƏRDARLIQ: “Dayan, Tramp, əlini qana boyama"

Hurriyyet.org xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkəsində çevriliş cəhdi etməyə çalışan ABŞ-a sərt şəkildə xəbərdarlıq edib: “Dayan, dayan, Doland Tramp. Əlinizi qana bulayacaq xətalar edirsən”.

Maduro heç kimdən ultimatun qəbul etməyəcəklərini bildirib.

Venesuelada müxalifətçi lider Xuan Quaydonu müvəqqəti prezidenti kimi tanıyan ABŞ-a televiziya vasitəsi ilə müraciət edən Venesuela prezidenti Nikolas Maduro “Donald Trampla üzbəüz dayansanız, ona nə deyərdiniz?” sualının cavabında deyib: “Dayan, dayan, Donald Tramp. Əlini qana bulayacaq xətalar edirsən. Onların istəyi – çevrilişlər nəticəsində hakimiyyətə gələn, öz boyundurluqları altında çalışan və təbii sərvətlərimizi istifadə edən hökumətlərin olduğu 20-ci əsrə dönməkdir. Bu, mümkün deyil. Latın Amerikası və Qəraib əraziləri ABŞ-ın arxa baxçası ola bilməz”.

Maduro Avropa Parlamentinin Quaydonu tanıyan qərarı ilə bağlı deyib: “Heç kimin ultimatumunu qəbul eləmirik. Bu, ona bənzəyr ki, mən Aİ-yə belə bir nota verim: “Katoloniya Respublikasını tanımaq üçün sizə 7 gün vaxt verirəm. Yoxsa, tədbirlər görəcəyəm. Beynəlxalq siyasət ultimatumlara davam gətirə bilməz”.

“Venesuelada daxili müharibə ola bilərmi?” sualının cavabında Maduro deyib: “Hər şey şimal imperatorluğunun (ABŞ) və onun Qərb İttifaqının aqressivlik və çılğınlıq səviyyəsinə bağlıdır. Biz ölkəmizdə bəsit bir şəkildə yaşayırıq və heç kimin daxili işlərimizə qarışmasını istəmirik. Ölkəmizi müdafiə eləmək üçün hazırlıq aparırıq”.

Venesueladakı hadisələrdən bəhs edən ABŞ prezidenti Donald Tramp hərbi müdaxilə variantının gündəmdə olduğunu bildirmişdi.

Türkiyəyə təşəkkür

Venesuelanın BMT-nin Cenevrə ofisi nəzdindəki Daimi Nümayəndəsi səfiri Corc Valero isə, Türkiyənin ölkəsini verdiyi dəstəyə təşəkkür edib.Valero belə deyib:

“Türkiyə prezidenti R.T.Ərdoğan və bütün türk xalqı Venesuelanın mübarizəsini dəstəkləyir. Bu tarixi məqamda bizi dəstəklədikləri üçün prezident Ərdoğanı və türk xalqını dəstəkləyirik”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA